Qaussberq (və ya Qaus dağı) — Antarktidanın II Vilhelm Torpağı ərazisində yerləşən sönmüş vulkan. Vulkan Deyvis dənizinin kənarında, Posadov buzlağında qərarlaşır. İnzibati cəhətdən isə Avstraliyanın Antarktika ərazisinə daxildir.

Xüsusiyyətləri Vulkan konusunun hündürlüyü 370 metrdir. Dağ ətrafı ərazilər buzla örtülü olmur. Bu səbəbdən mühüm orientoloji bölgədir. Vulkan sualtı Kergelen silsiləsinin cənub-şərq uzantısını təşkil edir. Kergelen arxipelaqı, Herd adası və Makdonald adalarından başlayır.

Açılış tarixi Qaussberq ilk dəfə Qauss ekspedisiyasının rəhbəri Erix fon Driqal tərəfindən 1902-ci ildə kəşf edilmişdir. Onlar 13 gün ərzində 80 km məsafə qət edərək vulkana çatmış və onun üzərində tədqiqat işləri aparmışlar. Vulkan Qauss gəmisinin şərəfinə adlandırılmışdır.

İstinadlar

Mənbə Qaussberq Vyalov, O. S.; Soboleva, V. S.

Kateqoriya:Antarktika vulkanları Kateqoriya:Antarktida dağları Kateqoriya:Sönmüş vulkanlar Kateqoriya:Vulkan konusları Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər