Azərbaycan tarixi — Qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 705-cı ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər).
XI əsrdə Azərbaycanın Böyük Səlcuq İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır.История Востока. В 6 т. Т. 2. Восток в средние века. М., "Восточная литература", 2002. ISBN 5-02-017711-3 Arran XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur. Teymurilərin zəifləməsi ilə Qaraqoyunlu və Ağqoyunlular dövlətləri yaranır. XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olur. 1747-ci ildən XIX əsrin əvvəllərinə qədər regionda Azərbaycan xanlıqları mövcud olmuşdur. Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra Azərbaycan ərazisi quberniyalara və əyalətlərə bölünür.
Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1920-ci ildə yaranan Azərbaycan SSR 1936-cı ildə SSRİ-in tərkibinə daxil oldu. 1991-ci ildə Azərbaycan Respublikası SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi
Adın mənşəyi
175px|thumbnail|left|VI əsrdə Dərbənd şəhərinin müdafiə divarlarında Pəhləvi dilində həkk edilmiş yazılardan biri: Dara, Adurbadaqanın amarqarı (yəni maliyyə işləri üzrə baş məmur) "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropatena adlandırılmışdır. Adın orijinalının mənbəyi bölgədə bir vaxtlar geniş yayılmış Zərdüşt dinidir və mənası "od tərəfindən mühafizə olunan" və ya "odun məkanı" deməkdir. Orta əsr ərəb coğrafişünasları bu ekzonimin şəxs adı olan Adarbadordan (adar — atəş, baykan — mühafizəçi) xalq etimologiyasının nəticəsi kimi əmələ gəldiyini fikirləşmişlər. Abbasqulu ağa Bakıxanov isə bu sözün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirmişdir.Гусейнов Г. Из истории общественной и философской мысли в Азербайджане XIX века. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 107. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxmışdır.Всемирная история. — Т. 3. — , 1957. — С. 132.
Orta əsrlərdə Azərbaycan deyiləndə Atropatena çarlığının yerləşdiyi, Araz çayından cənuba doğru Urmiya gölü ətrafındakı ərazi nəzərdə tutulurdu. Məsudi və ibn Xordadbeh şimal-şərqdəki Muğan düzünü Azərbaycana aid edir, ancaq başqa coğrafiyaşünaslar isə bu ərazini Azərbaycana daxil etmirdilər. XIII əsrin əvvəllərindən bir qayda olaraq Azərbaycan anlayışı şimala qədər yayılır və onun mənası sürətlə dəyişirdi. Səfəvilər dövründə bir müddət üçün Arazdan şimaldakı müəyyən ərazilər Azərbaycan əyalətinə birləşdirildi. Ancaq Səfəvilərin süqutundan sonra bu mənada istifadə qismən sıradan çıxdı. XIX əsrdə Rusiyadakı azərbaycanlı müəlliflər onu Arazdan cənubdakı ərazilərlə əlaqədar olaraq istifadə edirdi.A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi’s Tarikh-e Qarabagh. Mazda Publishers, 1994, ISBN 1-56859-011-3 p. XV. Rus dilində yazılan sənədlərdə Araz çayından şimaldakı ərazilər ilk dəfə Azərbaycan kimi 1786-cı ildə Stepan Burnaşov tərəfindən göstərildi.В. Н. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. — Баку: Изд-во АН Азербайджанской ССР, 1948. — С. 144. XIX əsrin sonlarında avropalı alim və jurnalistlər Azərbaycan terminini Şirvan və Arran əraziləri üçün istifadə etməyə başladılar.
1917-ci ilin 15–20 aprel tarixləri arasında Bakıda Qafqaz müsəlmanlarının Konqresinin iclası ərzində Azərbaycan üçün muxtariyyət statusu tələbi açıqca dilə gətirildi. Ancaq Hacı Zeynalabdin Tağıyevin təklifi ilə "Azərbaycan" adı qətnamənin yekun mətnindən çıxardıldı.Swietochowski T. Russian Azerbaijan, 1905–1920. — Cambridge University Press, 2004. — С. 90. — ISBN 0521263107. 27 may 1918-ci ildə "Azərbaycan" adı Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu elan edən Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən rəsmi olaraq istifadə edilmişdir. Bu hadisə İranda, xüsusilə Azərbaycan intelektualları arasında təəccübə səbəb olmuşdu. Şeyx Məhəmməd Xiyabani və yoldaşları özlərini AXC-dən fərqləndirmək üçün İran Azərbaycanının adını Azadıstan qoydular.<ref>Touraj Atabaki. [https://books.google.nl/books?id=M3adD9kNH1gC&pg=PA132&dq=1918+adopted+the+name+azerbaijan&hl=nl&sa=X&ved=0ahUKEwiCrKL-nsLJAhUovXIKHR-JD40Q6AEIJTAB#v=onepage&q=1918%20adopted%20the%20name%20azerbaijan&f=false Iran and the First World War: Battleground of the Great Powers'''] I. B. Tauris, 4 sep. 2006 ISBN 978-1860649646 p 132</ref>
Qədim dövr
Daş dövrü
Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorumağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400–300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 100–30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşanmış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər.
30–10 min il öncə Azərbaycanda paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların(sitayiş, ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.
Mezolit dövrü Azərbaycanda e.ə. 11–8-ci minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.
Neolit dövrü Azərbaycanda e.ə. 7-ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlitəpədə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır.
E.ə. 6–4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.
Tunc dövrü
Tunc dövrü Azərbaycanda er.əv. 4–1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda erkən tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla (maddə) qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə inkişafı təsadüf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (er.əv. 3–2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.
Dəmir dövrü Bu dövr ölkədə Xocalı-Gədəbəy, Talış-Muğan, Naxçıvan və Qayakənd-Quruçay arxeoloji mədəniyyətlərinin materialları ilə təmsil olunmuşdur. Azərbaycanda ilkin şəhər-dövlətləri yaranır, təsərrüfatın demək olar ki, bütün sahələri sürətlə inkişaf edirdi. E.ə. 13–12 yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur.
Antik dövr Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23-cü yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubi və hurri tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236–2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubilər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur, lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir.
Hələ er.əv. III minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır.