Palaeeudyptes klekowskii — Pinqvinlər dəstəsinə daxil olan nəsli kəsilmiş növ. Palaeeudyptes cinsinə daxildir. Ancaq ölçü baxımından İmperator pinqvinindən dəfələrlə böyük olmuşdur.

Qalıqlar üzərində aparılar araşdırmalar göstərir ki, onların yaşaması ilkin Eosen dövrünə təsadüf edir. Bu canlıların qalıqlarına Antarktik yarımadası yaxınlığında yerləşən Seymur adasından tapılmışdır, P. klekowskii növü ilk əvvəllər müstəqil növ olaraq qəbul edilmirdi. Ölçü baxımdan onun Palaeeudyptes gunnari (Wiman, 1905) və P. klekowskii (Myrcha, Tatur & del Valle, 1990) növlərinə bənzədilməsinə baxmayaraq tapılan çoxlu sayda tapıntılar fərqlilikləri aşkara çıxartmağa imkan vermişdir.

2014-cü ilin əvvəllərində La-Plata muzeyinindən olan doktor Karolina Akosta Ospitaleç Seymur adasında P. klekowskii növünə aid olan olan çoxlu sayda sümük aşkarlamışdır. Bir müddət sonra isə pinqvinləri qanad və araqlarına aid sümüklər tapılır. Onlar 9,1 sm olmuşdur. Tapılaq qalıqlar əsasında olu demək olar ki, bu növün dimdiyindən ayaqlarına qədər uzunluğu 2,01 m-dir. Bu canlılar ehtimallara görə suyun altında 40 dəqiqə qala bilirmiş. Onların çəkisi 115 kq təşkil edirdi. Ancaq dünyada ən nəhəng ucaq quşu olan Pelagornis sandersi kəşf etmiş Den Ksepk bu ölçülərin effektivsizliyini bildirmişdir.

İstinadlar

Mənbə Jadwiszczak, Piotr (2006): Eocene penguins of Seymour Island, Antarctica: Taxonomy. Polish Polar Research 27(1): 3–62. PDF Myrcha, Andrzej; Jadwiszczak, Piotr; Tambussi, Claudia P.; Noriega, Jorge I.; Gaździcki, Andrzej; Tatur, Andrzej & Del Valle, Rodolfo A. (2002): Taxonomic revision of Eocene Antarctic penguins based on tarsometatarsal morphology. Polish Polar Research 23(1): 5–46. PDf Myrcha, Andrzej; Tatur, Andrzej & Del Valle, Rodolfo A. (1990) A new species of fossil penguin from Seymour Island, West Antarctica. Alcheringa 14: 195–205.

Kateqoriya:Antarktida quşları