Papua pinqvini () — Antarktika pinqvinləri cinsinə (Pygoscelis) Pinqvinlər fəsiləsinə aid olan növ. Adeli pinqvini və antarktika pinqvini ilə qohumdur.

Ümumi məlumat Ölçü baxımından İmperator pinqvini və Kral pinqvinindən sonra ən iri pinqvin növü hesab edilir. Erkəklər 9 kq, dişilər isə 7,5 kq olurPapua pinqvini haqqında məlumat . Yetkin fərdlərin hündürlüyü 75–90 sm-dir. Suyun altında üzmə sürətləri 36 km/s olur ki, bu da bütün pinqvinlər arasında ən yüksək göstəricidir. Bu növün nümayəndələri əsasən kril və kiçik balıqlarla qidalanırlar.

Arxa hissəsi qara və ya tünd-boz rəngdə olur. Ön hissəsi isə ağ rəngdə olur. Ayaqları tünd narıncıdır.

Arealı Yuva qurma əsasən Antarktida və Subantarktik qurşaqda həyata keçirilir. Dünyada ümumi sayları 320 000 başdır. Yuva qurma koloniya şəklində həyata keçirilir.

Həyat tərzi Yuva qurma əsasən qumlu və gilli sahillərdə həyata keçirilir. Koloniya dənizlərdən 1–2 km məsafədə yerləşir.

Ymurta qoyma oktyabrın sonlarına bitir. Əsasən iki yumurta qoyur. Bir yumurtanın çəmisi 130 q-dır. Yumurtanı hər iki valideyn bəsləyir. Onlar birlikdə yumuurtaya 34 gün baxır. 1–3 gündən bir valideynlər növbələrini dəyişirlər. Balaların gər ikisi 24 saat ərzində yumurtadan çıxır. Balalar 3–4 həftə balalardan aralanmırlar.

Balalar artıq koloniyanı 14-cü həftəsində tərk edirlər. Əsas düşmənləri dəniz şiri, dəniz bəbiri və osadır. Yumurtalar və balalar üçün təhlükə isə fırtınaquşlar və qağayılardır.

Mədəniyyətdə Bu pinqvinlərin ən sürətli olması səbəbindən GNU/Linux fistrubüterlərindən biri onların adını daşıyır. Onların sürəti 36 km/s.MarineBio.org təşkil edir. 2011 ildə çəkilən "Mister Poperin pinqvinləri" komediyasında 6 papuan pinqvini çəkilmişdir.

Qalereya

Mənbə 70South. Papua pinqvini Vokruk Sveta. Anadan gəlmə uça bilməmək. — папуанские пингвины в красноярском зоопарке (video)

İstinadlar

Kateqoriya:Antarktida quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Uça bilməyən quşlar Kateqoriya:25–29 ID olan Taksonbar