Nataliya Qaudio () — Braziliyanı təmsil edən bədii gimnast. Nataliya Qaudio 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nataliya Qaudio həm də 29 dəfə Bədii gimnastika üzrə Cənubi Amerika Çempionatının qızıl medallarını qazanıb.

Karyerası Nataliya Qaudio 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 65.532 xal topladı və 23-cü yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Braziliyanın olimpiya gimnastları