Mariya Yuriyevna Tolkaçeva (d. 8 avqust 1997; Jukovski, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Mariya Tolkaçeva, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb.

Karyerası Mariya Tolkaçeva, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Bliznyuk, Anastasiya Maksimova və Anastasiya Tatareva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.

İstinadlar

Kateqoriya:Rusiyanın bədii gimnastları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:2019 Avropa Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa çempionları