Böyükxanım Həsənbala qızı Əliyeva () — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).
Həyatı Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda anadan olmuşdur.Xalq artisti xəstəxanaya yerləşdirildi . anews.az, 16.01.2018
Ə. Hüseynzadə ad. Azərb. Mədəniyyət və İncəsənət Un-tini bitirmişdir (1973). Həmin ildən N. Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Rolları: Germiona ("Qış nağılı", U. Şekspir), Amaliya ("Qaçaqlar", F. Şiller), Gültəkin ("Aydın", C. Cabbarlı), Sədayə ("Sən yanmasan", N. Xəzri), Nihal ("Yağışdan sonra", B. Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M. İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ. Əfəndiyev), komissar ("Nikbin faciə", Vs. Vişnevski) və s.
1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi. B. Əliyeva bu müddət ərzində teatrın səhnəsində 100-dən çox rollar ifa etmişdir.
B. Əliyeva Yeni Azərbaycan Partiyasının və həmkarlar təşkilatının idarə heyətinin üzvüdür.
Ailəsi Əməkdar artist Təvəkkül Əliyevin həyat yoldaşıdır.
Mükafatları Azərbaycan SSR Əməkdar artisti — 2 aprel 1979N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 aprel 1979-cu il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikanın Xalq artisti — 28 oktyabr 2000 Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014-cü il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2015-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2016-cı il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 1 may 2017-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 9 may 2018-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2019-cu il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2020-ci il Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024
Oynadığı tamaşalardan rollar İ. Əfəndiyev "Atayevlər ailəsi" — Dilşad xanım M. İbrahimov "Kəndçi qızı" — Bənövşə J. B. Molyer "Tartüf" — Dorina V. Şekspir "Qış nağılı" – Kermona Şiller "Qaçaqlar" – Amaliya İ. Əfəndiyev "Məhv olmuş gündəliklər" – Anjel C. Cabbarlı "Aydın" – Gültəkin İ. Əfəndiyev "Unuda bilmirəm" – Nərmin M. Hüseyn "Alov" – Rəfiqə Qoqol "Müfəttiş" – Anna Andreyevna S. Vurğun "Vaqif"- Xuraman S. Vurğun "Fərhad və Şirin" – Məhinbanu Anar "Təhminə və Zaur" – Təhminə Ə. Haqverdiyev "Dağılan tifaq" — Sona Ş. Qurbanov "Sənsiz" — Sevinc V. Nuşiç "Nazirin xanımı" – Xanım M. Əliyev "Ana fəryadı" — Bəyim V. Vişnevski "Nikbin faciə" — Komissar H. Mirələmov "Ləyaqət" — Ana B. Vahabzadə "Yağışdan sonra" — Nihal Ə. Əmirli "Onun iki qabırğası" — Ceyran H. Mirələmov "Pənah xan Cavanşir"- Susənbər Q. Fiqeyredo "Ezop" – Kleya Sofolk "Şah Edip" – İokasta
Filmoqrafiya Şəhərli biçinçilər (film, 1986) Bağışla, gələ bilmədim (film, 2015) 28 iyun (film, 2016)
İstinadlar
Xarici keçidlər Xalq artistinə mükafat verilib Lənkəran teatrının yaradıcı kollektivi İTV-də
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları