ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı.
Birinci mövsümu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. adlı ikinci mövsüm isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu.
Məzmun Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir.
İstehsal Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər.
Musiqi Yoko Kanno serialın iki mövsüm, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır.
Yayımlama Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib. Bundan sonra, onun lisenziyasını Şimali Amerika üçün Bandai Entertainment və Manga Entertainment, Avstraliya üçün isə Madman Entertainment əldə etdilər. ABŞ-də bu serial Cartoon Network kanalın Adult Swim proqram blokunda, Kanadada YTV, Böyük Britaniyada isə AnimeCentral kanalında göstərilib.
Birinci mövsümun televiziya yayımından sonra çox tez ikinci mövsümu yaratmaq qərar olundu. Artıq 2003-cü ildə Otakon konvensiyada Bandai seriya sayını 52-yə qədər böyütdüyünü elan etməyi, ikinci mövsüm olacağının eyhamı idi. 2003-cü ilin Hellovin günü Production I. G serialın ikinci mövsümunu rəsmən elan edib.
İkinci mövsümun ilk nümayişi 2004-cü ilin yanvarında Animax-da olub.
2015-ci ilin martın 18-də elan olunub ki, həmin ilin aprelin 1-dən başlayaraq Stand Alone Complex həftəlik şəkildə Yaponiyanın BS11 kanalında yenidən yayımlayacaq.
Media
OVA Ghost in the Shell: Stand Alone Complex — The Laughing Man adlı tam merajlı OVA Yaponiyada 2005-ci ilin sentyabrın 23-də üzə çıxıb. O, bəzi dəyişik və əlavələrlə serialın birinci mövsümunun məzmunu təkrar edir.
Ghost in the Shell: S. A. C. 2nd GIG – Individual Eleven adlı OVA ikinci mövsümun məzmunu təkrar edir.
Videooyunlar Ghost in the Shell: Stand Alone Complex əsasında üç videooyun yaradılıb. Birincisinin adını Ghost in the Shell: Stand Alone Complex qoydular. O, Cavia tərəfindən PlayStation 2 üçün Yaponiyada 2004-cü ilin martın 4-də, Şimali Amerika üçün isə həmin ilin noyabırn 8-də buraxılıb. G-Artist tərəfindən PSP üçün yaradılmış ikinci oyun Şimali Amerikada birinci oyunnan eyni adı daşıyır, Yaponiyada isə kimi bilinir. O, Yaponiyada 2005-ci ilin sentyabrın 15-də, Şimali Amerikada isə həmin ilin oktyarın 25-də üzə çıxıb.
Ranobe Cuniçi Fucisaku anime serialın əsasında üç cildli ranobe yazıb, Tokuma Shoten isə onu neşr etdi. adlı birinci cild Yaponiyada 2004-cü ilin yanvarın 21-də üzə çıxıb.
Manqa Kodansha nəşriyyatı Stand Alone Complex əsasında iki manqa serilı çap edib. adlı birinci manqa serialı anime serialın seriyaların sonunda göstərilən Tachikomatic Days qısa videoların əsasında yaradılıb. Onu çəkdiyi Mayasuki Yamamoto idi və o, Monthly Young Magazine jurnalında 2009-cu ilin dekabrın 9-dan çap olunurdu.
Digər Serialın ilk 19 seriyasını ehtiva edən Ghost in the Shell: Stand Alone Complex Official Log 1 adlı rəsmi DVD ilə soraq kitabçası Bandai və Manga Entertainment tərəfindən 2005-ci ilin oktyabrın 25-də buraxılıb. DVD ilə soraq kitabçasında layihənin üzrə işləyənlərin intervyuları, cizgi texnikalardan və serial konsepsiyalardan məlumat var. Ghost in the Shell: Stand Alone Complex Official Log 2 adlı ikinci DVD ilə soraq kitabçası 2006-cı ilin yanvarın 24-də üzə çıxıb. Orada qalan 7 seriya ilə onlarnan bağlı şərhlər var.
İstinadlar
Kateqoriya:2002-ci ilin anime serialları Kateqoriya:2004-cü ilin Yaponiya romanları Kateqoriya:2005-ci ilin anime OVA-ları Kateqoriya:2009-cu ilin manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Kiberpank anime və manqaları Kateqoriya:Detektiv anime və manqaları Kateqoriya:Postapokaliptika anime və manqaları Kateqoriya:Yaponiya elmi fantastika romanları Kateqoriya:Detektiv romanlar Kateqoriya:Production I.G Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Bandai Entertainment anime başlıqları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Dark Horse Comics komiks başlıqları Kateqoriya:Animax verilişləri Kateqoriya:Postkiberpank Kateqoriya:Bandai Visual Kateqoriya:Toonami Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:2005-ci ilin videooyunları Kateqoriya:2004-cü ilin videooyunları Kateqoriya:Mobil oyunlar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Filmə uyğunlaşdırılmış teleseriallar Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış teleseriallar