Batan adası () — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır.<ref>Топографическая карта островов Батанес на сайте lib.utexas.edu</ref>
Coğrafiyası Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.Гора Ирая на сайте volcano.si.edu</ref> Əhalinin siyahıya alınması üzrə 2010-cu ilə əsasən Batan adasında 11979 insan (2000-ci ildə 11173 nəfər) yaşayırdı. Adada əsasən ivatani qrupunun etnoqrafiya nümayəndələri məskunlaşmışdır.Шигетоши Сетогучи, Юкихиро Ямада. Itbayat Folksongs with Notes — 6.2.4. Singing in Ivatanen , стр. 81 на сайте ir.kochi-u.ac.jp Adada dörd qəsəbə yerləşmişdir: Basko (2015-ci il məlumatlarına əsasən 8579 insan), Maxatao (1555), İvana (1327) və Uyuqan (1297).
Batan adasından 4,5 kilometr cənub-qərbdə Sabtanq adası, 30 kilometr şimal-qərbdə isə İtbayat adası yerləşmişdir.
Tarixi Filipinə Yaponiyanın müdaxiləsi 1941-ci ilin dekabrında İkinci dünya müharibəsinin gedişatında başlandı. İmperator ordusu tərəfindən hücüm edilmiş ölkənin birinci nöqtəsi məhz Batan adası oldu. Birinci hücum bu müharibədə ABŞ ərazisinə düşmən qoşunlarının Pörl Harbora hücumundan bir neçə saat sonra həyata keçirilmişdir.С 1898 по 1946 год Филиппинский архипелаг принадлежал США Ada döyüşsüz tutulmuşdu. Bir neçə saat ərzində yaponlar uçuş meydanını təchiz etdilər və Filipinin ən böyük adasının tutulması məqsədi ilə gələcək irəliləyişə başladılar. Bu istiqamət Luzona tərəf idi. Lakin Klark-Fild uçuş meydanında müvəffəqiyyətli hücumla əlaqədar Batandakı aerodroma ehtiyac qalmadı.<ref>HyperWar: US Army in WWII: Fall of the Philippines — Chapter VI: The First Landings — Batan Island на сайте ibiblio.org.
Qalereya
İstinadlar
Xarici keçidlər Топографическая карта острова на сайте asiapacific.anu.edu.au
Kateqoriya:Filippin adaları