Sant'İvo alla Sapienza kilsəsi () — İtaliyanın paytaxtı Roma şəhərində yerləşən katolik məbədi və XVII əsrin parlaq və füsunkar barokko üslubunun təkrarolunmaz nümunəsidir. Dahi Borromini yaradıcılığının və ustalığının tanınmış incilərindən sayılan bu kilsə, Navona meydanından bir qədər şərqdə, daha dəqiq desək, Korso del Rinaşimento küçəsində yerləşir, ancaq hündür binaların fasadları kilsəni tam şəkildə seyr etməyə maneəçilik törədir. Mərkəzi binanın unikal memarlıq dizaynı və qəliz konçetto simvolikası onu, Romanın ən orijinal və gözəl kilsələrindən birinə çevirir. Kilsə yezuitlər ordeninin patronu, hüquqşünasların isə himayədarı olmuş Bretanlı İvoya ithaf olunmuşdur.
Tarix
Sant'İvo 1303-cü ildə birbaşa Vatikana təhtəlhesab olmuş kapella binası kimi Roma Papası VIII Bonifasi tərəfindən təsis edilmiş və bu bina daha sonralar La Sapienza Universitetinin formalaşması üçün əsas olmuşdur. Kilsə artıq mövcud olmuş, 1564–1630-cu illər arasında əsasən gecikmiş İntibah dövrünün memarı Cakomo della Portanın tərtib etdiyi layihə əsasında tədricən ucaldılan Palazzo della Sapienza sarayının tikili kompleksini haşiyələndirən köndələn və düzbucaq həyətində quraşdırılmalı idiPaolo Portoghesi, Sant'Ivo alla Sapienza in "Arte & Storia", dic 2008. Kilsə başlanğıcda Müqəddəs Fortunataya həsr edilmişdir. Daha sonralar isə bu kilsə ilə digər müqəddəslərin — Müqəddəs Böyük Levin, La Sapienza Universitetinin rektorları olmuş konsistoriya hüquqşünaslarının himayədarı və ilahi xilaskarı Müqəddəs İvo, eləcə də təqdisetmə mərasimi münasibətilə kilsəyə təqdim olunmuş məzlum Müqəddəs Aleksandr adı ilə əlaqələndirilmişdir.
Hələ memar della Portanın Romada fəaliyyət göstərdiyi illərdə Universitet kapellası üçün mərkəzi binanın inşa edilməsi planlaşdırılırdı, lakin o dövrdə kifayət qədər vəsaitin olmaması, bu ideyanın reallaşdırılmasına əngəl törətmişdir. Roma Papası VIII Urban (onun intronizasiya dövrü 1623–1644-cü illəri əhatə edirdi), 1623-cü ildə erkən barokko dövrünün ən radikalyönümlü nümayəndələrindən birisi olmuş Françesko Borrominini köhnə "Arxigimnaziya" binasının (Boloniyada yerləşən və Avropanın ən qədim təhsil ocağı sayılan Arxigimnaziya kompleksi (), hələ uzun müddət digər italyan təhsil ocaqları üçün təqlid və nümunə obyekti olaraq fəaliyyət göstərirdi) yenidən qurulması və genişləndirilməsi məqsədilə memar və bənna qismində təyin etmişdir. 1643-cü ilin yanvar ayında Borromini Universitet kapellasının inşasına başladı. Məşhur Borcia sülaləsi ilə uzaq qohumluq münasibətlərində olmuş Roma Papası X İnnokentinin hakimiyyət illərində (1644–55), kilsənin inşası nəhayət tamamlanmış, lakin onun interyeri Papanın ölümünə qədər dekorsuz olaraq qalmışdır. İnnokentinin xələfi olmuş VII Aleksandr tikintinin davam etdirilməsi, dekor tərtibatının isə daha sistematik vəziyyətə gətirilməsi məqsədilə, 16 iyul 1655-ci ildə xüsusi yazılı fərman imzalayır.
13 noyabr 1660-cı ildə "Kappella della Sapienza" seremonial və təntənəli şəkildə açılmışdır. Açılış və təqdisetmə mərasimləri zamanı səsləndirilən və külli miqdarda ilahi müdriklik və mərhəmət mövzularını özündə ehtiva edən xütbələrin bir çoxu, kilsənin himayədarı olmuş müqəddəslərə, eləcə də kilsə dekorunda ustadlar tərəfindən hazırlanmış ilahi ikonoloji motivlərə həsr edilmişdir. Həmin ildə basmanaxış üslubunda hazırlanmış xatirə sikkəsinin aversində (yəni üz tərəfində) VII Aleksandrın anfas portreti, sikkənin reversində (arxa tərəfində) isə Universitet həyətinin mərkəzində ucalan Sant'İvo kilsəsinin fasadı və onun üzərində qövsşəkilli "OMNIS SAPIENTIA A DOMINO" ("Bütün müdriklik Tanrıdan gəlir", Sirax Müdriklik kitabı 1,1) yazısı yerləşdirilmişdirScott 1982Moshe Zevi (Moses Hirsch), in: Encyclopaedia Judaica, Second Edition, Band 3.
1703-cü ildə Papa XI Kliment kilsə və Universitet kompleksi üçün Yanikul təpəsində torpaq sahəsini alaraq tezliklə bütün Avropada məşhurlaşan və Romada bir ilk olan botanika bağının əsasını qoyur. 1870-ci ildə isə Sapienza Universiteti Papa vəkalətindən məhrum olur və adi şəhər təhsil mərkəzlərindən birisinə çevrilir. 1935-ci ildə isə duçe Mussolinin əmri ilə memar Marçello Pyaçentinin layihəsi əsasında Romada yeni Universitet kampusu yaradılır və Sapienzada saxlanılan bütün mühüm artefaktlar yeni mərkəzə köçürülür (yeni Universitet kampusunun mərkəzində Sant'İvo kilsəsinə bənzəyən, lakin daha sadə görünüşə malik Divina Sapienza kilsəsi inşa edilmişdir)Chenis, Carlo: La Cappella dello Studium Urbis. Un dono del Papa, un segno di cultura cristiana. In: Benedetti, Sandro e Mariano Apa (a cura di): La Cappella della Divina Sapienza nella città universitaria di Roma. Roma 1998, pp. 9–56.. Bu qərarın icrası nəticəsində Piazza Navona və Panteon məbədi arasında yerləşən geniş küçə turist axını tərəfindən ən çox ziyarət edilən gediş gəlişli sahəyə çevrilir. Hazırda Sapienza kompleksində tez-tez məşhur ifaçıların konsertləri təşkil olunur.
Memarlıq xüsusiyyətləri Kilsə Universitet binasının inşası üçün nəzərdə tutulmuş mövcud kompleksə hörülmüş və uyğunlaşdırılmışdır. Şərqdən qərbə doğru istiqamətlənən uzunsov və dördbucaqlı həyət kilsə kompleksinə daxil edilir, həyətin hər iki tərəfində ucalan ikimərtəbəli çökük və bükük passaj-arkada sıraları isə, kilsə fasadının vizual davamı olaraq istifadə edilir. Fasadın yan və künc səthlərini plastik tərzdə yerinə yetirilmiş və VII Aleksandr Kidjinin sülalə gerbindən olan müxtəlif elementlər taclayır; italyan dilində "Monti" adlanan və Roma şəhərinin altı müqəddəs təpəsini simvollaşdıran kilsənin qabarıq divarları səkkizguşəli ulduzlarla bəzədilmişdir (əslən Siyena şəhərindən olan Kidji sülaləsi daha çox sələmçilik ilə məşğul olurdular və onların ailəvi gerbində təsvir olunan altı qızılı təpəcik, əslində onlar tərəfindən illər boyunca toplanılmış külli qızıl külçələrini rəmzləşdirirdi).
İçəriyə doğru əyilmiş çökək fasad barabanın dairəvi və qabarıq divarları ilə kəskin ziddiyyət təşkil edir, onların arxasında isə günbəz tağ-tavanı gizlənilir. Pillə cərgələri ilə örtülən günbəzli tavanın üzərinə dairəvi məbədin zəngin dekor işləmələrinə malik olan fənər hissəsi otuzdurulmuş, onun oyuqlarında yerləşdirilmiş pəncərələr isə, bir neçə sütun sırası ilə haşiyələnmişdir. Hətta dam çatının antablementində belə qabarıq və çökək formaların kontrastı təkrarlanır. Fənər isə, öz növbəsində ekstravaqant zahiri görünüşə malik spiralvari qüllə ilə bəzədilmiş, onun ən hündür nöqtəsi isə şöhrət çələngi və alovlanan tac ilə tamamlanmışdır.
Kafedralın interyeri
Kilsənin ölçüləri olduqca kiçikdir; Borromini mərkəzi planın təşkilatı zamanı o dövrün memarlığı üçün səciyyəvi olan ənənəvi daxili məkan üslubiyyətından imtina etmişdir (bu cür yanaşma onun tərəfindən həmçinin San-Karlo alle Kuatro Fontane kilsəsində nümayiş etdirilmişdir). İtalyan barokkosunun dahi ustası bir-birinin üstünə iki bərabər düzgün üçbucaq yerləşdirərək, burada daha gəliz görünüşə malik ox simmetriyalı sxemi tətbiq etmişdir. Ancaq həqiqətə nəzər yetirsək, kilsə planının zirvələri yumru puansonlar ilə kəsilmiş olan tək bir bərabərtərəfli üçbucaq əsasında inkişaf etdiyini görə bilərik; üçbucağın hər tərəfinin ortasında, sahəsi həminki radiusa malik olan yarımdairəvi qabarıqlarla genişlənir. Hazırlanmış kilsə planı, yuvarlaqlaşdırılmış küncləri və bucaqları olan Davud ulduzunu xatırladırdı. Belə qəliz konstruksiya, bir tərəfdən qarışıqsız zahiri mənimsəmə və qəbuletmə üçün olduqca mürəkkəb idi, digər tərəfdən isə kəskin ziddiyyət təşkil edən qabarıq-çökük elementlərin dinamik oyunu işığın və kölgənin bərq vurmaları ilə doldurulmuş təsirli sahəni özündə formalaşdırırdı. Bunun nəticəsində sakral və müqəddəs məkan mərkəzinin ətrafında formalaşan 6 taxça, öz qabarıq və çökük formaları ilə bir birini izləyirdilər. Bu cür mürəkkəb memarlıq həlli, üç istiqamətə uzanan aksial simmetrik məkan formasını təşkil edirThürlemann 1990.
Bu orijinal baza forması yüksək estetik cazibədarlığa malikdir, o, həmçinin mürəkkəb və məharətlə düzəldilmiş simvolika formasının daşıyıcısı kimi xidmət göstərirdi. İnteryerin təməlində yerləşən bərabərtərəfli üçbucaq Müqəddəs Üçlük kimi tanınan sakral və ənənəvi altar mərkəzini daha da vurğulayır. Üçbucaq ilə yanaşı, altıbucaqlı da müəyyən rola malikdir: daha öncə qeyd etmək lazımdır ki, cübbəxana kimi kilsənin əsas zalınındakı ətraf sahələri də altıbucaqlı formaya malikdirlər. Memarlıq üzrə mütəxəssislərin fikrincə, kilsənin altıbucaqlı forması arı şanalarının quruluşuna istinad edir; ilahi müdrikliyin başlıca simvolu hesab edilən arı, qüdrətli Barberini sülaləsinin heraldik heyvanı hesab edilirdi (bu ailənin ən məşhur nümayəndələrindən biri isə, Roma Papası VIII Urban idi).
Daxili məkan bununla belə, daxili tərtibat müxtəliflik təəssüratı yaratmır; bütövlüklük hissini ona kannelyuralı nəhəng pilyastrlar bəxş edir və məbədin bütün interyerinə sanki səmaya yüksəliş istiqamətini bildirirlər. Günbəzin daxili məkanı ulduz motivlərini təkrarlayır, onun ən üst hissəsi isə, hamar şəkildə fənərin lakonik dairəsinə keçid yaradır. Gübəzin altı pəncərəsi kilsənin qar kimi ağappaq stukko zalını və qızıl suyuna salınmış ornamentləri günəş şüaları ilə aydınlatmağa köməklik göstərir.
Pilyastrın monumental və nizamlı korinf sırası interyerin divarlarını əhatə edərək, onu sıx və uzaq dəyişən ritm və intervallar ilə parçalara ayırır. Kilsənin sonuncu məkan hissəsi sayılan şərq taxçasında quraşdırılmış əsas altar üzərində, yüksək barokko dövrünün məşhur rəssamı Pyetro da Kortona tərəfindən təxminən 1680-ci ildə yerinə yetirilmiş böyük ikona kasıbların himayədarı olmuş Müqəddəs İvonu təsvir edir. İkonanın yuxarısında küləyin istiqamətinə doğru əsən qobelen və onun mərkəzində yerləşdirilmiş Müqəddəs Üçlük və digər səmavi kilsə patronları təsəvvür edilmişdir.
Ümumi götürdükdə, Sant'İvo kilsəsinin interyeri rotondaya quraşdırılmış formalara görə unikal sayılır. Kilsənin bu cür müəmmalı görünüşün yaradılmasına səbəb kimi, bir mənalı olaraq memarın ekstravaqant dünyagörüşü göstərilir; onun yaradıcılıq tərzi üçün daha çox düz xətlərin yoxluğu, mürəkkəb və əcaib arxitektura detallarının bolluğu, səviyyələrin başgicəlləndirən fərqləri ilə interyerlərin çətinləşdirilmiş planlaşdırması səciyyəvi idi. Ancaq məhz Sant'İvo üçün Borromini müxtəlif memarlıq üslublarını qarışdırmamağa və "təmiz barokko"-dan istifadə etməyi qərara alır. Bütün interyerin monoton çalarlara malik olmasına baxmayaraq, o, olduqca zəngin heykəltəraşlıq nümunələri və motivləri ilə doldurulmuşdur (hər bir ucubiz və dairəvi seksiya qanadlı arxangel fiqurlarına doğru istiqamətlənir)Claude Mignot et Daniel Rabreau (dir.) — Histoire de l'art Flammarion — Temps modernes, XVe-XVIIIe siècles, page — 372.
Günbəz Günbəz əyriliyinin üzərində qüvvət, iqtidarlıq və fasiləsizlik təəssüratı yaradan möhtəşəm antablement ucalır. Divardakı pilyastrları vizual olaraq davam edən plastik suvaq və ştukko qabırğaları günbəzi hissələrə bölərək, fənərin dairəvi və halqayabənzər dirəklərinə tökülürlər. İşıqlı pəncərələin altısı günbəzin qabarıq və çökük əyri cızıqlı seqmentlərini, eləcə də planın gəliz formalarını tədricən və həmçinin növbəli şəkildə sadə çevrə olaraq yeni şəklə salırlar. Ətrafı işıqlı nura boyadan fənərin 6 pəncərəsi bundan əlavə olaraq həm də sütunlar vasitəsilə altı eyni ölçülü hissələ bölünmüşdür.