Fərda İmanov (13 mart 1957, Bakı) ― coğrafiya elmləri doktoru (1997), professor (2002).

Qısa bioqrafik məlumat Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta mək­təb­ oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb. 1992-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti Fərda İmanov 1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. Fərda İmanov 2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir. 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.

Əmək Fəaliyyəti 1979–1981, baş laborant 1985-1990, baş elmi işci, Qurunun hidrologiyası kafedrası, Leninqrad Hidrometeorologiya İnstitutu 1991-1992,assistent, Qurunun hidrologiyası kafedrası, Leninqrad Hidrometeorologiya İnstitutu 1993-1998, baş müəllim, Hidrometeorologiya kafedrası, BDU 1999-2004, professor, Hidrometeorologiya kafedrası, BDU 2005-ci ildən Hidrometeorologiya kafedrasının müdiri 2011-2016-cı illərdə BDU-nun Coğrafiya fakültəsinin dekanı 2021-ci ildən BDU-da Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışır.

Tədqiqat Sahəsi Coğrafiya, hidrometeorologiya, su ehtiyatları, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, çayların bərpası və ekoloji axım.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı 2008, Москва, Росгидромет, Доклады VI Всероссийского гидрологического съезда 2008, Bakı; Prof. M.Ə.Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Ekstremal hidrometeoroloji hadisələrin qlobal və regional problemləri” elmi konfrans 2007, Antalya-Turkey. International Congress River Basin Management 2007, Bakı; Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyətin problemləri”Beynəlxalq elmi konfrans 2007, Bakı; Prof.M.A.Müseyibovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans 2007, Bakı; “Fövqəladə hallarda təhlükəsizlıyın idarə olunması” IV Beynəlxalq Simpozium 2006, Bakı; “Qloballaşma prosesində su ehtiyatlarından istifadə və inteqrasiyalı idarəetmə” III Beynəlxalq elmi- praktik konfrans

Seçilmiş əsərləri 2008, Azərbaycan ərazisində təbii və antropogen fəlakətlər 2008, Floods and mudflows in the Kura-Aras river basin 2008, Kiçik Qafqazın transsərhəd çaylarının axımının müasır dəyişmələri 2007, Анализ цикличности максимального стока рек Азербайджана 2006, Transsərhəd cay hövzələrinin idarə olunması 2005, Dağ caylarının ekstremal axım xarakteristikalarının hesablanması 2005, Ekstremal axım xarakteristikalarının trend analizi 2004, Управления водными ресурсами бассейна реки Кура

Kitablar 2003, Ümumi hidrologiya 2005, Hidroloji termenlər lüğəti 2006, Beynəlxalq hidroloji lüğət 2007, Климатическая характеристика аэропорта Гейдар Алиев 2008, Ekohidroloji terminlərin izahlı lüğəti 2011, Hidroloji hesablamalar 2011, Hidrometeorologiyada statistik metodlar

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri