Moqao mağaraları, (), Moqao mağara-məbəd kompleksi, Bin Budda mağaraları və ya Dunhuanq mağaraları adları ilə tanınır. Çinin Qansu əyalətinin Dunhuanq şəhərin 25 km cənub-şərqində Minqsha dağının ətəyində yerləşən mağarada 492 məbəd vardır.

Tarixi İpək Yolunun üzərində yerləşən mağarada Buddist sənətinin ən gözəl əsərləri vardır. Buddist yeraltı məbədinin tikilişinə 366-cı ildə başlamış və bu dövr ərzində burada ən dəyərli buddist əsərlərinə sığınacaq olmuşdur.http://www.chinapage.com/dunhuang.html Silk Road — DunHuang [Tun-Huang] Grottoes Moqao mağaraları Lonqmen mağara-məbəd kompleksi və Yunqan mağara-məbəd kompleksi ilə birliktə Çinin ən tanınan Buddist yeraltı məbədlərindən biridir.

1987-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.http://whc.unesco.org/en/list/440 Mogao Caves, UNESCO

Tarixi Danışılanlara görə 366-cı ildə Lezun (Lè Zūn, 樂尊) adında bir Buddist rahip Dunhuanq şəhərinə gəlir. Minqsha Dağına baxan zaman qızıl rəngli günəş işıqlarının arasında minlərlə Budda xəyal edən Lezun, xəyalından ilham alaraq ilk mağaranın qazıntısına başlayır. Sonralar mağaraların sayı artır, Tan sülaləsi dövründə mağaraların sayının minə çatdığı məlumdur.http://turkish.cri.cn/chinaabc/chapter20/chapter200315.htm China ABC Müzey: Moqao Daş Mağaraları, Sadə bir həyat tərzi seçən Buddist rahiplər kamilləşmək məqsədilə bu mağaralara üz tuturdular. IV əsrdən XIV əsrə kimi rahiblər qərbdən heykəlləri Dunhuanq şəhərinə gətirmiş, ipək yolundan keçən bəzi tacirlər isə buraya gözəl rəsm əsərləri hədiyyə etmişlər.

Mağaralar Tan sülaləsi dövründə mağaraların sayı minə çatmışdı. Bu gün isə bizə 735 mağara məlumdur. Şimal bölgədə olan mağaralar sadə cənub bölgədə olan mağaralar isə təmtəraqlı idi. Yeni sülalələr hakimyətə gəldikdə yeni mağaralar tikilirdi. Bu səbəblə mağaraların içi, heykəllər və rəsm əsərləri bir-birindən kəskin fərqlənir. Ümumilikdə mağaranın divarlarındakı rəsm əsərləri 42000 m² ərazini tutur. XI əsrdən sonra bəzi mağaralar divarlar ilə bağlanaraq qiymətli əlyazmalar və müqəddəs əşyalar üçün anbar rolunu oynayırdı. Bu gün beş yüzə yaxın mağaranın tikilmə ili öyrənilmişdir: On altı barbar (çarlıqlar) (366–439) — 7 mağara Şimali Şei (439–534) və Qərbi Şei (535–556) — 10 mağara Şimali Zhou (557–580) — 15 mağara Suy sülaləsi (581–618) — 70 mağara Erkən Tan sülaləsi (618–704) — 44 mağara Böyük Tan sülaləsi (705–780) — 80 mağara Orta Tan sülaləsi (781–847) — 44 mağara Son Tan sülaləsi (848–906) — 60 mağara Beş sülalə on krallıq (907–960) — 32 mağara Sun imperiyası (960–1035)- 43 mağara Si Sya (1036–1226) — 82 mağara Yuan sülaləsi (1227–1368) — 10 mağara

Şəkillər

İstinadlar

Xarici keçidlər

Dunhuang Academy A large collections of images of murals and other artifacts from the Mogao Caves in Dunhuang International Dunhuang Project Mogao caves video Harvard Art Museums, some murals and a statue removed from Dunhuang by Langdon Warner British Museum The cave-temples at Dunhuang Wisdom embodied: Chinese Buddhist and Daoist sculpture in the Metropolitan Museum of Art

Kateqoriya:Çin abidələri Kateqoriya:Çindəki ümumdünya irsi Kateqoriya:Çin mağaraları Kateqoriya:Qrotlar Kateqoriya:Çin tarixi