Dönüklər () — 2006-cı ildə rejissor Martin Skorsezenin çəkdiyi bədii film. Əsər dörd "Oskar mükafatına" layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenariyə görə, ən yaxşı montaja görə.
Film ABŞ və Honq Konq istehsalıdır.
Məlumat Çəkilişlər hadisələrin cərəyan etdiyi Bostonda aparılmalı idi. Amma maliyyə məsələləri ilə əlaqədar filmin əsas hissəsi Nyu-Yorkda lentə alınıb. Roluna daha yaxşı hazırlaşmaq üçün Mett Deymon bir müddər Massaçusetsin polis bölmələrindən birində xidmət göstərib. Cek Nikolson əvvəlcə filmə çəkilməkdən imtina edib. Ancaq Martin Skorseze və Leonardo Di Kaprio ilə görüşən aktyor fikrini dəyişib. Eyni vaxtda çəkilən "Ən xoş arzularla" filmində rol almalı olan Leonardo Di Kaprio layihədən imtina edərək bu filmdə Billi Kostiqan rolunu oynamağa üstünlük verib. Robert De Nironun filmdə oynaması nəzərdə tutulmuşdu. Medelin rolunu Keyt Uinslet, yaxud Hilari Suonk ifa edə bilərdilər. Film "Rolling Stones" qrupunun "Gimme Shelter" adlanan klassik melodiyası ilə başlayır.
Obrazlar Leonardo DiKaprio — Uilyam "Billi" Kostiqan rolunda Mett Deymon — Serjant Kolin Sallivan rolunda Cek Nikolson — Frensis "Frenk" Kostello rolunda Mark Uolberq — Serjant Şon Diqnam rolunda Martin Şin — Kapitan Oliver Çarlz Kuinan rolunda Vera Farmiqa — Həkim Medolin Meyden rolunda Alek Bolduin — Kapitan Corc Ellerbi rolunda Entoni Anderson — Polis Braun rolunda Ceyms Bec Deyl — Polis Barriqan rolunda Mark Rolston — Timoti Delahant rolunda Kevin Korriqan — Şon Kostiqan rolunda
İstinadlar
Xarici keçidlər Filmin rəsmi saytı Saundtrek
Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:Martin Skorsezenin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Honkonq filmləri Kateqoriya:Cinayət filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin polis detektiv filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:Boston haqqında filmlər Kateqoriya:2006-cı ilin ABŞ filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Qanqster filmləri Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:2007-ci il haqqında filmlər Kateqoriya:Polis məmurları haqqında filmlər Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:ABŞ-nin triller dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Bostonda çəkilmiş filmlər Kateqoriya:Oskar mükafatı alan filmlər