Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər.
Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
Azərbaycan 18 noyabr 2016-cı ildə QİÖF-a üzv qəbul edilib
İstinadlar
Mənbə QİÖF rəsmi saytı
Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Təbii qaz Kateqoriya:Beynəlxalq hökumətlərarası təşkilatlar