() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir.Hall K., Schaller G. Tool-using behaviour of the Californian sea otter // Journal of Mammalogy, № 45, 1964 Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir. Buna səbəb isə bir istisna olaraq xalq sənayesi və qida rasionunun qorunmasıdır.

Tarixi araşdırılması thumb|left|180px|Qeorq Vilhem Stellerin təsviri əsasında çəkilmiş şəkil. (XIX əsr) Dəniz samurları haqqında ilk məlumat 1751-ci ildə Qeorq Vilhem Steller tərəfindən verilmiş və dəniz canlısı təsvir edilmişdir. O, Vitus Berinqin rəhbərlik etdiyi İkinci Kamçatka ekspedisiyasında iştirak etmişdir. Ekspedisiya Komandor adaları yaxınlığından keçərkən qəzaya uğrayır. Bu səbəbdən ekspedisiya üzləri 1741–1742-ci ilin qışını bu arxipelaqa daxil olan Berinq adası adasında qışlamalı olur. Dəniz canlıları ilə qidalanma sayəsində ekspedisiya üzvlərinin bir qismi sağ qalmışdır (ekpedisiyada 78 nəfər iştirak etmiş və yalnız onlardan 47 nəfər sağ qalmışdır. Ekpedisiyanın rəhbəri olan Vitus Berinqdə burada canını tapşırmışdır). Steller ekspedisiyanın naturalisti olmuş və daima qeydlər etmişdir. Onun ölümündən 10 il sonra İmperator Elmlər Akademiyası onun əməyini De Bestiis Marinis adı ilə çap etdirir. Burada adalarda yaşayan canlıların xüsusi ilə dəniz samurunun aydın təsviri verilir.Georg Wilhelm Steller De Bestiis Marinis, 1751 Elektron variant XVIII əsrə aid mənbələr XX əsrin 30-cu illərində qədər əsas olaraq qalırdı. Səbəb isə 200 il müddətində bu canlıların araşdırılması ilə heç kəsin məşğul olmaması idi.Барабаш-Никифоров Н. И. Калан (Enhydra lutris L.) его биология и вопросы хозяйства // "Калан", Издательство Главного управления по заповедникам при Совете Министров РСФСР, Москва, 1947

1751-ci ildə Stellerin təsviri və Avropaya gətirilən dəniz samurlarının xəzləri, sümükləri əsasında onların təsnifatını verməyə çalışırdılar. Dəniz samurlarının unikal morfoloji xüsusiyyətləri səbəbindən onların təsnifatı dəfələrlə dəyişdirilmişdir. Stellerin özü və onun izini təqib edən İohann Xristian Erksleben ()Erxleben, Johann Christian Polycarp Systema regni animalis per classes, ordines, genera, species, varietates: cvm synonymia et historia animalivm: Classis I. Mammalia, Impensis Weygandianis, Leipzig, 1777 onları susamuru cinsinə daxil etmişdir. Karl Linney dəniz samurlarını Linné C. Systema naturae, ed. X, Stockholm, 1758 Elektron variant cinsinə daxil edir. Peter Simon Pallas isə bu canlıları suiti cinsinə Peter Simon Pallas Zoographia rosso-asiatica, sistens omnium animalium in extenso Imperio rossico, et adjacentibus maribus observatorum recensionem, domicilia, mores et descriptiones, anatomen atque icones plurimorum; Petropoli, in officina Caes. academiae scientiarum impress., 1811–1831. daxil etmişdir. Nəhayət XIX əsrin ortaları dəniz samurları müstəqil bir cinsə daxil edilir (cinsin adı şotland naturalisti Con Fleminq tərəfindən 1822-ci ildəJohn Fleming. The philosophy of zoology; A general view of the structure, functions, and classification of animals. A. Constable, Edinburgh, 1822. verilir). Ancaq elmi cəmiyyət məqsədyönlü şəkildə cinsi susamurlarına aid bir alt fəsiləyə daxil etmişdir () və bu XX əsrin ortalarına qədər davam etmişdir. Günümüzdə bu cins susamurları yarımfəsiləsinə daxildir. Təsnifatla bağlı son fikir susamurlarının miosen və pliosen dövrlərində yaşamış , və növlərinə aid qalıqlarının araşdırılması ilə əldə edilmişdir. Belə ki, susamurları yarımfəsiləsinə daxil canlılarla dəniz samurlarının ümumi quruluşa malik olması bu fikrin təsdiqlənməsinə imkan vermişdir.Beddard F. E. Mammalia, Macmillan and co., London — New York, 1902Pohle H. Die Unterfamilie der Lutrinae, Archiv fr Naturgeschichte, Bd. 85, 1919

Dəniz samurlarının unikallığı, paleontoloji məlumatların azlığı, uzun sürən araşdırma və təsnifatı ilə bağlı debatların nəticəsi olaraq çoxlu sayda latın adlarının yaranmasına səbəb olur:

Dəniz samurunun latınca adları Latın adları Mənası Araşdıırmaçının adı, il Lutra marina "Dəniz samuru" Qeorq Vilhem Steller, 1751; Erxleben, 1777 Mustela lutris "Kunis samuru" Linnaeus, 1758 Lutra gracilis "Şux samur" Bechstein, 1800 Phoca lutris "Samur suitisi" Pallas, 1811–1831 Pusa orientalis "Şərq nerpası" Oken, 1816Oken, Lorenz Lehrbuch der Naturgeschichte. Zoologie. August Schmid und Comp., Jena, Germany, 1916 Enhydra Stelleri Fleming, 1822 Latax lutris Gloger, 1827Constantin W. L. Gloger Bemerkungen über ein paar Schlesische Säugthierarten // Nova Acta Academiae Caesareae Leopoldino Carolinae Germanicae Naturae curiosorum, 1827; Stejneger, 1898Stejneger, Leonhard The fur seals and fur-seal islands of the North Pacific ocean, Govt. Printing Office, Washington, 1898–99 Elektron variant (eng.) Lutra Stelleri "Steller samuru" Lesson, 1827Lesson, R. P. Manuel de Mammalogie, Roret, Paris, 1827 Enhydris lutris Lichtenstein, 1827Lichtenstein, Hinrich Darstellung neuer oder wenig bekannter Säugethiere in Abbildungen und Beschreibungen von fünf und sechzig Arten auf fünfzig colorirten Steindrucktafeln nach den Originalen des Zoologischen, Museums der Universität zu Berlin, Berlin, 1827–1834 Engydris marina Brandt, 1880 Enhydra lutris Hazırda qəbul olunmuş ad

Müasir təsnifat Dəniz samurları dələkimilər fəsiləsinin ən iri nümayəndələridirlər.Peter Morrison, Mario Rosenmann, James A. Estes Metabolism and Thermoregulation in the Sea Otter // Physiological Zoology. — Chicago: The University of Chicago Press, 1974. — Вып. 47. — № 4. — С. 218–229.James A. Estes Enhydra lutris // Mammalian Species. — American Society of Mammalogists, 1980. — Вып. 133. — С. 1–8. Yarımsu həyatı sürən canlıdır. Bu canlılar unikal morfoloji xüsusiyyətlərə malikdir. Onlar duzlu dəniz suyuna uyğunlaşmışlar. cinsinə daxil olan yeganə növdür. Bu canlılar suitilər, morjlar, dəniz şirləri və s. kimi dəniz məməliləri arasında ən kiçiyidir. Ancaq ölçülər baxımından onlardan Delfinlərə aid olan Kommerson delfini və Cənubi Amerikada yayılmış, olduqca az öyrənilən və nadir sayılan pişik susamuru () geri qalır.

Dələkimilər fəsiləsində susamuru ilə birlikdə alt fəsiləyə daxil edilirlər . Buna səbəb kimi isə onların adi susamuru və Asiya dırnaqsız susamuru ilə eyni kökə malik olmasıdır. Belə ki, onlarda daxil olduqları alt fəsilədə dəniz samurları kimi müstəqil cinsə aid edilirlər. Dəniz samurlarının Avrasiyada yayılmış əcdadı nəsli kəsilmiş növ olan olması düşünülürdü. Onların miosen dövründə yaşaması ehtimal edilirdi. Ancaq son araşdırmalar göstərki növü sadəcə bir keçid növ olmuşdur. Bu canlı alt fəsiləsinə daxil canlıların ümumi əcdadı sayılır və erkən miosen dönəmində yaşaması ehtimal edilir.Radinsky L. B. Evolution of somatic sensory specialization in otter brains // The Journal of Comparative Neurology, vol. 134, Issue 4, 2004 Belə düşünülür ki, dəniz samurlarının əcdadları Avrasiyadan dünyanın digər ərazilərinə orta pleystosen dönəmində köç etmişlər.

Dəniz samurlarının diploid dəstinə görə 38 xromosona sahibdirlər.van Zyll de Jong A phylogenetic study of the Lutrinae (Carnivora; Mustelidae) using morphological data. Canadian Journal of Zoology, № 65, 1987

Yarımnövləri Hazırda dəniz samurlarının ümumi qəbul edilmiş üç yarımnövü vardır: YarımnövlərQeydə almış alimlərAdıYayılma arealıSinonimləriE. l. lutris150 pxLinnaeus, 1758Dəniz samuru Asiya dəniz samuru Komandor dəniz samuru Kuril dəniz samuruƏsasən Kuril adaları, Komandor adaları və Kamçatka yarımadasının şərq sahillərində yayılmışlargracilis (Bechstein, 1800) kamtschatica (Dybowski, 1922) marina (Erxleben, 1777) orientalis (Oken, 1816) stelleri (Lesson, 1827)E. l. nereis 150 pxMerriam, 1904Merriam, C. H. A new sea otter from southern California // Proceedings of the Biological Society of Washington № 17, 1904Cənub dəniz samuru Kaliforniya dəniz samuruФишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. А. Г. Банникова. — М.: Прогресс, 1976. — С. 103–105. — 478 с.Kaliforniyanın mərkəzi sahillərində yayılmışdır.E. l. kenyoniSea otter researcher Karl W. Kenyon, after whom the subspecies is named, was never convinced that E. l. kenyoni was a distinct subspecies.Wilson, D. E., M. A. Bogan, R. L. Brownell, Jr., A. M. Burdin, and M. K. Maminov Geographic variation in sea otters, Enhydra lutris. //Journal of Mammalogy, № 72, 1991 150 pxWilson, 1991Şimal dəniz samuruAlyaska, Sakit okeanın şimal-şərq və şimal sahilləri, Aleut adalarından Britaniya Kolumbiyası, Vaşlnqton, Oreqonun şimal-qərbi Keçmişdə bəzi araşdırmaçılar adi dəniz samurları ilə Komandor adaları sahillərində yayılmış susamurları "kamçatka dəniz samurlarına" ayırmağı təklif edirdilər. İkinci yarımnövün nümayəndələri Kuril adaları və Kamçatka yarımadası sahillərində yayılmışdır. Hətta Kamçatka dəniz samurları üçün iki latın adı düşünülürdü: (Bechstein 1799) və (Dybowski, 1922). Üstəlik bu yarımnövün digər yarımnövlərdən fərqləri belə müəyyənləşdirilmişdi.Лех С. Некоторые наблюдения о морском бобре, водящемся у о. Медного Командорских островов // Записки Общество изучения Амурского края, Х, 1907 Bununla belə yarımnövün müəyyənləşdirilməsi ilə bağlı bu qədər işlərin görülməsinə baxmayaraq yalnız üç yarımnöv qəbul edilmişdir. Dəniz samurları ilə bağlı bağlı yaranan yanlış fikirlər onunla izah edilir ki, uzun illər ərzində SSRİ alimləri tərəfindən dəniz samurları hazırda Rusiyanın ucqar şərq hissəsində yayılmış arealı, qərb alimləri isə Kanada, Kaliforniya, Alyaska və Aleut adaları ərazisində yayılmış dəniz samurlarının tətqiqatı ilə məşğul olmuşlar. Ancaq hazırda bu işlə dünyanın bir çox ölkələrinin alimləri müştərək şəkildə fəaliyyət göstərdiyindən xüsusən adi dəniz samurları ilə şimal dəniz samurları arasında olan təbii sərhədin müəyyənləşməsi asanlaşmışdır. Bu sərhəd ABŞ və Rusiya arasında olan dövlət sərhədi ilə eynilik təşkil edir. Belə düşünülür ki, Komandor adalarında aparılacaq araşdırmalar bu məsələyə işıq salacaqdır.

Dəniz samurlarına qoyulan adlar Bəzi mənbələrdə dəniz samurları "kalan" olaraq adlandırılır. Bu söz koryak mənşəli olub (kolaxa) "yırtıcı" mənasını verir. Bu rus sözü əsasən keçmişdə və müəyyən dövr ərzində beynəlilən söz olmuşdur. Buna qədər isə "kamçatka samuru" və ya "dəniz samuru" olaraq keçərli idi. Hətta şimal rayonlarında onlar yaş kateqoriyalarına görə müxtəlif cür adlandırılırdı. Belə ki, yeni doğulmuş balalardan 6 aylarına qədər dəniz samurları "medvedka", bir illiklər isə "koşlak" adlandırılırdı. Dəniz samurlarının yayıldığı ərazilərdə yaşayan xalqların hər birinin dilində müxtəlif adlarla adlandırılırlar: Aleut adalarında "çnatox", itelmen dilində "keykoç" və "kakku", Kuril adalarında "kayku", Aynu dili "traçka" və yapon dili "rakko" ().

Rus-Amerika şirkəti dəniz samurlarının ovlanması təsərrüfatını XVIII—XIX əsrlərdə Kamçatkada yerləşən rus köçünləri hesabına həyata keçirirdi. Rus dilində işlənən "kalan" sözü bu minvalla ingilis dilinə () keçmişdir. Ancaq bu termin XIX əsrinКусто Ж. И., Паккале И. Лососи, бобры, каланы, Гидрометеоиздат, Ленинград, 1983The Oxford English dictionary. 2nd edition, Oxford University Press, New York, 1989 ISBN 0-19-861186-2 sonlarına qədər işlədilir. Hazırda ingilis dilli və Avropa mənbələrində bu canlıların adı "dəniz samuru" () olaraq keçərlidir.

Təsviri

Ölçüləri, ömür müddəti