Moyse Bioti Kin (28 fevral 2000-ci ildə anadan olub) — Yuventus FK klubunda hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusu. 2016-cı ilin noyabr ayında Moyse Kin İtaliya A Seriyasında və UEFA Çempionlar Liqasında oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Moyse Kin 2000-ci illərdə anadan olanlar arasında UEFA Çempionlar Liqasında oyuna çıxan yeganə futbolçudur.
Klub karyerası Moyse Kin İtaliyanın Verçelli şəhərində anadan olmuşdur. Valideynləri Kot-d’İvuarlı olan Kin Asti FK klubunun gənclər komandasında çıxış etməyə başlamışdır. Onun oyunu Renato Biasinin diqqətini cəlb etmişdir. Biasi Kini Torino klubuna gətirmişdir. Qranata kimi təkmilləşən Moyse Kin 2010-cu ildə Yuventus klubu ilə müqavilə imzalamışdır (14 yaşı olduğu üçün müqavilə imzalanmayıb və illik olaraq yenisi ilə əvəz olunur).
Kin öz peşəkar futbol karyerasında debütünü 19 noyabr 2016-cı ildə Yuventus klubu ilə 16 yaşında İtaliya A Seriyasında Peskara klubuna qarşı oyunda etmişdir. Moyse Kin 84-cü dəqiqədə Mario Mandzukiçi əvəz etmişdir və komandası 3-0 hesabı ilə qələbə qazanmışdır. Beləliklə Kin 2000-ci illərdə anadan olaraq Avropanın dörd əsas liqasında oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşdü. 22 noyabrda isə Kin UEFA Çempionlar Liqasında Sevilya klubu ilə oyunda 84-cü dəqiqədə oyuna daxil oldu və komandası 3-1 hesabı ilə qələbə qazandı. Kin həmçinin UEFA Çempionlar Liqasında oyuna çıxan ən gənc futbolçudur.
Milli karyerası Moyse Kin İtaliyada anadan olmuşdur. Kinin atası Kot-d’İvuarlı, anası isə italyandır. Kin həm İtaliya milli yığmasında, həm də Kot-d’İvuar milli yığmasında çıxış edə bilər.
2015-ci ildən Kin İtaliya milli yığmasının U-15 və U-17 millilərində çıxış edir. Kin İtaliya U-17 millisi ilə 2016 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və 1 qolla yadda qalmışdır.
Karyera statistikası
Klub 22 noyabr 2016-cı il məlumatlarına əsasən. KlubMövsümLiqaKubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolYuventus2016–17Seriya A1000100020Ümumi karyera1000100020
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Everton FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Ellas Verona FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri