thumb|250px|Uillis 101-ci hava-desant diviziyası üçün çıxış edərkən. 25 sentyabr, 2003 Volter Brüs Uillis () — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır.
Həyatı Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Onun atası Amerikalı anası isə almandır. Brüsün atası David qaynaqçı idi. 1957-ci ildə hərbi qulluqu bitirdikdən sonra ailə Nyu-Cersiyə geri dönür. Brüs 4 uşaqlı ailədə ən böyükləri idi. Və kiçik yaşlarda kəkələyirdi. Bu çətinliyə qalib gəlmək üçün o məktəb teatrına yazılır. Onun böyük auditoriya qarşısında səhnəyə çıxmaqdan çox xoşu gəlirdi. Beləliklə o dram məktəbinə yazılır və Şekspirin, Vilyamsın səhnəciklərini canlandırırdı. Daha sonra Uillis Monklerdə yerləşən dövlət kollecinə daxil olur. Onun ardınca isə Nyu Yorka üz tutur. O barlarda işləyir və folklor ansambllarında ifa edirdi. Səhnəyə düşə bilmək üçün var gücü ilə çalışırdı. Beləliklə, barmen işlədiyi dövrdə öz filminə qısa rolda səhnə almaq üçün barmen axtaran rejissorla tanış olur. Brüs uilisin obrazı rejissorun xoşuna gəlir və rolu ona təklif edir.
Şöhrətsə dərhal gəlmədi. 1985-ci ildən 1989-cu ilə kimi davam edən "Detektiv bürosu – ay işığı" teleserialına qədər Uillis bir neçə il az tanınmış şəhər teatrlarında və televiziya şoularında qısa rollar ifa edirdi. Bu serialla o komedia aktyoru kimi tanındı, amma 1988-ci ildə baş rola çəkildiyi "Möhkəm qoz" döyüş filmi ilə o artıq btün dünyada tanındı. Milyonlarla insanın kumiri oldu. Bundan sonra o yenə də böyük səs küy salan döyüş filmlərində baş rol oynadı. Onlar arasında 5-ci element və Merkuri təhlükədədir filmləri də var.
Brüs Uillisin karyerasında enişlər və yüksəlmələr olub. Məsələn, 90-cı illərın əvvəlində çəkildiyi filmlər uğursuz olmuşdur, lakin 1994-cü ildə Kventin Tarantinonu məşhur "Kriminal qiraət" filmində məhz baş rol qəhrəmanı olaraq ən tələb olunan aktyorlar sırasına yüksəlir, amma 90ların sonlarında yenə də eniş yaşayan Brüs 1999-cu ildə ekranlara çıxan "Altıncı hiss" filmi ilə yenidən adını özünə qaytarır. Bu film izləyicilərdən başqa kino tənqidçilərinin də ürəyincə olur. Uillis isə bu filmlə 100 milyon dollar qazanır. Son illər Brüs Uillis məşhur kinorejissor Robert Rodrigesin "Günahlar şəhəri" və "Qorxu planeti" filmlərində baş rol ifa edib. Brüs 1987-ci il noyabr ayından 2000-ci il oktyabr ayına kimi "Ruh" filmindən yaxşı tanıdığımız aktrisa Demi Mur ilə evli olub. Bu evlilikdən onların 3 qızı dünyaya gəlib. Hamı onları nümunəvi ailə kimi tanısa da onlar böyük sürpriz edərək 2000-ci ildə ayrılırlar, amma dostluq münasibətlərini itirmirlər.
Hollivud aktyoru Brüs Uillis Devid Lettermanın "Gecə şousu"nda ətdən düzəldilmiş parikdə peyda olub. O, hətta bu yeməli pariklə şou aparıcısını qonaq edib. Aktyor bununla bağlı bildirib ki, belə parikdə efirə çıxmağa onu Ledi Qaqa ruhlandırıb. Onun sözlərinə görə, başındakı parik 100% faiz mal ətindəndir. Uillis şou aparıcısı Lettermana bu ətdən dadmağı təklif edib. Elə bundan sonra da o, çəngəl və duz çıxararaq başındakı əti duzlayıb və çəngəli aparıcıya uzadıb. Aparıcı isə ətdən bir tikə ağzına qoyaraq onu bir az çeynəyib, sonra səhnə arxasına keçərək ağzından çıxarıb.
RBC xatırladır ki, müğənni Ledi Qaqa bu yaxınlarda ət parçalarından düzəldilmiş paltarda fotosessiya keçirmişdi. O, həmçinin, bu qiyafədə "MTV Video Music Awards" mükafatının təqdimatına da gəlmişdi, amma ətdən paltar heyvanların müdafiəsi təşkilatlarını bərk qəzəbləndirmişdi. Müğənni, hətta bu paltara görə ən zövqsüz məşhurlar siyahısına belə düşmüşdü.
Brüs Uillis 2 il öncə özündən 22 yaş kiçik model Emme Heminqlə evlənib. Karib dənizində yerləşən Terks və Kaykos adalarında nikah mərasimində Uillisin üç qızı, keçmiş həyat yoldaşı Demi Mur, Demi Murun gənc həyat yoldaşı Eşton Katçer və Madonna iştirak ediblər. Brüs Uillis "ABŞ silahlı qüvvələri"nin tərəfdarıdır, lakin öz sözlərinə görə respublikaçı deyil.
Filmoqrafiya + Film İl Adı Rol Qeydlər 1980 The First Deadly Sin Man Entering Diner (uncredited) 1982 The Verdict Courtroom Observer (uncredited) 1985 A Guru Comes Extra (uncredited) 1987 Blind Date Walter Davis1988 The Return of Bruno (film) Bruno Radolini Sunset Tom Mix Məğlubedilməz Con MakKleyn1989 That's Adequate Himself In Country Emmett Smith Nominated—Golden Globe Award for Best Supporting Actor – Motion Picture Look Who's Talking Mikey Voice Only1990 Die Hard 2 John McClane Look Who's Talking Too Mikey Voice Only The Bonfire of the Vanities (film) Peter Fallow 1991 Mortal Thoughts James Urbanski Hudson Hawk Eddie 'Hudson Hawk' Hawkins Writer Billy Bathgate Bo Weinberg The Last Boy Scout Joseph Cornelius 'Joe' Hallenbeck1992 The Player Himself Death Becomes Her Dr. Ernest Menville Nominated—Saturn Award for Best Actor1993 National Lampoon's Loaded Weapon 1 John McClane Uncredited Striking Distance Tom 'Tommy' Hardy1994 North Narrator Color of Night Dr. Bill Capa Kriminal qiraət Butç Kullic Nominated—Chlotrudis Award for Best Supporting Actor Nobody's Fool Carl Roebuck Nominated—Chlotrudis Award for Best Supporting Actor1995 Die Hard with a Vengeance John McClane Four Rooms Leo Uncredited Twelve Monkeys James Cole Nominated—Saturn Award for Best Actor1996 Last Man Standing John Smith Beavis and Butt-Head Do America Muddy Grimes Voice Only1997 Beşinci element Korben Dallas Çaqqal The Jackal1998 Mercury Rising Art Jeffries Armageddon Harry S. Stamper Nominated—Saturn Award for Best Actor The Siege Major General William Devereaux1999 Franky Goes to Hollywood Himself Short subject Breakfast of Champions Altıncı Hiss (film, 1999) Dr. Malcolm Crowe Nominated—Saturn Award for Best Actor The Story of Us Ben Jordan2000 The Whole Nine Yards (film) Jimmy "The Tulip" Tudeski Disney's The Kid Russell 'Russ' Duritz Unbreakable David Dunn 2001 Bandits Joe Blake 2002 Hartın müharibəsi Col. William A. McNamara Grand Champion Mr. Blandford2003 Tears of the Sun Lieutenant A. K. Waters Rugrats Go Wild Spike Voice Only Charlie's Angels: Full Throttle William Rose BaileyUncredited2004 The Whole Ten Yards Jimmy "The Tulip" Tudeski Ocean's Twelve Himself2005 Hostage Jeff Talley Also Producer Günahlar şəhəri John Hartigan2006 Alpha Dog Sonny Truelove 16 Blocks Jack Mosley Also Producer Fast Food Nation Harry Rydell Lucky Number Slevin Mr. Goodkat Over The Hedge RJ Voice Only2007 The Astronaut Farmer Colonel Doug Masterson Uncredited Perfect Stranger Harrison Hill Grindhouse Lt. Muldoon Nancy Drew Himself Uncredited Məğlubedilməz 4.0 Con MakKleyn Also Producer. Named 'Die Hard 4.0' outside North America2008 What Just Happened Himself Assassination of a High School President Principal Kirkpatrick 2009 Surroqatlar Agent Tom Greer2010 Cop Out Jimmy Monroe Qabağıalınmazlar Mr. Church Uncredited Red Frank Moses Awaiting Release The Last Full Measure (2010, film) 2012 Qabağıalınmazlar 2 2012Yüksələn ay krallığıCaptain Sharp + Television Year Title Role Notes 1984 Miami Vice Tony Amato Episode: "No Exit" 1985 The Twilight Zone Peter Jay Novins Episode: "Shatterday" 1985–1989 Moonlighting David Addison Jr. 67 episodes 1996–1997 Bruno the Kid Bruno the Kid Voice 1997 Mad About You Amnesia patient Episode: "The Birth Part 2" 1999 Ally McBeal Dr. Nickle Episode: "Love Unlimited" 2000 Friends Paul Stevens Three episodes 2002 True West Lee Television movie 2005 That '70s Show Vic Episode: "Misfire" + Producer Year Title Notes 1988 Sunset Co-executive producer 2002 The Crocodile Hunter: Collision Course Producer 2007 Hip Hop Project Executive producer
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları