German Avqustoviç Helkvist () — Sovet alimi, geoloq və coğrafiyaşünas. Rusiya elmlər akademiyasının Sibir şöbəsinin müxbir üzvü.
Bioqrafiya Helviks 1894-cü il 5 oktyabrda Balaxanıda anadan olub. 1919-cu ildə Tomskda Geolkomda kollektor kimi işləməyə başladı. 1923-cü ildə Tomsk Politexnik Universitetinin dağ bölməsini bitirib.
Azərbaycanda neft çıxarmayla bağlı müəssisələrdə işləyirdi: geoloq, geoloji-kəşfiyyat bürosu direktorunun köməkçisi (Bakı, 1924—1932), Prikurinski (Azneft) rayonunun baş geoloqu (1932—1936), "Mayneft" trestinin baş geoloqu (Nefteqorsk, 1936 — 1939).
1927 — 1930-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs deyib. 1930—1931-ci illərdə ABŞ-da ezamiyyətdə olub.
1939-cu ildən mərkəzi orqanlarda baş geoloq işləyirdi (1939—1941), geoloji bölmənin müdiri, xalq komissarının böyük referenti, baş geoloq (1941 — 1949), SSRİ neft sənayesi nazirliyində nazirin baş məsləhətçisi (1949—1950). 1950-ci ildən 1957-ci ilədək Ümumittifaq neft-qaz elmi-tədqiqat institutunda, neft və qaz yataqlarının kəşfiyyatı laboratoriyasının müdiri işləmişdir.
Geologiya-mineralogiya elmləri doktoru (1955), professor (1956).
1957-ci ildə SSRİ EA-nın Dəniz geologiya və geofizika institutuna başçılıq edib.
SSRİ EA-nın Sibir bölməsinin Rəyasət heyətinin üzvü (1958—1963).
1963-ci ildən Moskvada Ümumittifaq neft-qaz Elmi-tədqiqat İnstitutunun baş elmi işçisi işləmişdir.
1967-ci ildə təqaüdə çıxıb.
1968-ci il 21 oktyabrda Moskvada vəfat edib və Vvedenski qəbirstanlığında dəfn edilib.
Təşkilatlarda üzvlük Sovet İttifaqı Kommunist Partiyası üzvü.
Mükafatları 1942 — "Qırmızı əmək bayrağı" ordeni. 1944 — “Neft yataqları zonalarının metodikası və onların kəşfinə” görə Neftçilərin gördüyü iş üçün İ.M.Qubkin adına mükafatın birinci sahibi. 1945 — "1941 — 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyinə görə" medalı. 1948 — Lenin Ordeni. 1948 — Neft axtarışları metodlarının yerli təkmilləşdirmələri üçün yeni yataqların açılmasına görə II dərəcəli Stalin mükafatı. 1952 — Lenin Ordeni.
İstinadlar
Xarici keçidlər German Helkvistin bioqrafiyası
Kateqoriya:SSRİ geoloqları Kateqoriya:Geologiya-mineralogiya elmləri doktorları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:Elmi-tədqiqat institutlarının direktorları