Müqəddəs Mark qibti ortodoks kafedralı () - Misirin paytaxtı Qahirə şəhərində yerləşən Qibti Ortodoks kilsəsinə daxil olan kafedral. Kafedral Qahirə şəhərinin Abasiyyə rayonu ərazisində yerləşir və Misirdə yaşayan qibtilərin əsas dini məbədi hesab olunur. Müqəddəs Mark qibti ortodoks kafedralı 1968-ci ildə istifadəyə verilmişdir. 2016-cı ilin 11 dekabr tarixində kafedral yaxınlığında törədilmiş terror hücumu nəticəsində 25 nəfər həlak olmuş, 50 dən çox şəxs isə yaralanmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qibtilər Kateqoriya:Misir kafedralları Kateqoriya:Xristianlıq Kateqoriya:1968-ci ildə tamamlanmış dini tikililər Kateqoriya:Müqəddəs Marka həsr edilmiş kilsələr Kateqoriya:Günbəzli kilsə binaları