Günəbaxanlar () — Holland rəssamı Vinsent van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş rəsm əsəri.
Haqqında Günəbaxanlar Holland rəssamı Vinsent van Qoqun iki silsilə rəsmlərinin adıdır. Birinci seriya 1887-ci ildə Parisdə yerinə yetirilmişdir. O, yerə sərilmiş güllərə həsr olunmuşdur. İkinci seriya bir il sonra Arlda yerinə yetirilmişdir. O, vazdakı günəbaxanların təsvirini verir. Həmin şəkil ikinci seriyaya daxildir və 15 günəbaxanı təsvir edir. Çiçəklər tez solurdu və Van Qoq onları ilk görünüşdən çəkirdi, boyaları çox qatı vururdu( buna impasto texnikası deyilir), onları birbaşa tübikdən kətan üzərinə sıxıb yaxırdı. Şəklin fakturası çox qabarıq və kələ-kötür idi, bunun da nəticəsində elə təsəvvür yaranır ki, boyalar kətanın səthindən çıxır.
Vandalizm aktı 14 oktyabr 2022-ci ildə iki nəfər ekofəal London Milli Qalereyasında əsərin üzərinə Heinz konservləşdirilmiş tomat şorbası tökərək vandalizm aktı törədib. Rəsm əsəri vandalizmə qarşı xüsusi şüşə örtüklə qapadıldığından zərər görməyibJust Stop Oil activists throw tomato soup at iconic Vincent van Gogh Sunflowers painting // Evening Standard, 14 oktyabr 2022.
Paris seriyası
Arl seriyası
Həmçinin bax
Vinsent Van Qoq Postimpressionizm Ulduzlu gecə Həkim Qaşenin portreti Kartof yeyənlər Süsənlər Qarğalarla taxıl sahəsi Arlda yataq otağı Gecə kafesi Qırmızı üzüm bağı Rona üzərində ulduzlu gecə
İstinadlar
Kateqoriya:Vinsent van Qoq Kateqoriya:Vinsent van Qoqun rəsm əsərləri Kateqoriya:1888-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Natürmortlar Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər