Çingiz Mustafayev adına Fond — 1999-cu ildə təsis edilmiş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan qeyri-hökumət və qeyri-kommersiya təşkilatı.

Fond mükafat təqdimatları, müsabiqələr, festivallar, moto-yürüşlər, kitab nəşrləri və digər layihələr həyata keçirərək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə xidmət edir.

Haqqında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan fond 1999-cu ildən fəaliyyət göstərir. Fondun ilk prezidenti Milli Qəhrəmanın atası Fuad Mustafayev, hazırkı prezidenti isə qardaşı Seyfulla Mustafayevdir.

Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond media işçilərinin savadının və peşəkarlığının artırılması məqsədi ilə Azərbaycan-Amerika Jurnalist Akademiyasını yaradıb. Fond, həmçinin "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirir, Azərbaycanın hərb və müstəqillik tarixi və ilə bağlı bədii filmlərə ("Bulağıstan", "Yaddaş", "Xoca", "Qanlı Yanvar" və s.), sənədli filmlərə, seriallara, animasiya filmlərinə sponsorluq edib.

Çingiz Mustafayev adına Fond 2018-ci ildə KİV əməkdaşları arasında hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə" müsabiqəsi elan edib. Bu müsabiqəyə 100-dən çox yazı müəllifi qatılıb.

Fond 2020-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə", "Ən yaxşı videoçarx", "Ən yaxşı rəsm", "Ən yaxşı foto", "Ən yaxşı mahnı" müsabiqələri elan edib.

Fond Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində olan Çingiz Mustafayev adına Uşaq Düşərgəsinə və şəhid ailələrinə yardım edir.

İlin adamı mükafatı

280px|thumb|right|İlham Əliyevə "2013-cü ilin adamı" mükafatı təqdim olunur. 2001-ci ildə Çingiz Mustafayev adına Fond ANS Şirkətlər Qrupu ilə birgə "İlin adamı" mükafatını təsis edir. Bu mükafata Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "2002-ci ilin adamı" mükafatının və diplomunun təqdim olunması mərasimindəki (11 yanvar 2003-cü il) nitqində söyləyib:

Laureatlar 2001 — Hacıbala Abutalıbov 2002 — Heydər Əliyev 2003 — Heydər Əliyev 2004 — Toşiyuki Fucivara 2005 — Mehriban Əliyeva 2006 — Allahşükür Paşazadə 2007 — İlham Əliyev 2008 — Tahir Salahov 2009 — Polad Bülbüloğlu 2010 — Mübariz İbrahimov 2011 — Eldar Qasımov və Nigar Camal 2012 ? 2013 — İlham Əliyev 2014 ? 2015 — Mehriban Əliyeva

Həmçinin bax ANS Şirkətlər Qrupu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan fondları Kateqoriya:1999-cu ildə yarananlar