230px|thumb|alt=|Mükafatın ilk qalibi 2008-ci ildə Kaka olmuşdur. Futbol mükafatı sayılan "Qızıl Samba" Avropa qitəsində ilin ən yaxşı braziliyalı oyunçusuna təqdim olunur. Mükafat Sambafoot şirkəti tərəfindən təsis edilmişdir. İlk mükafat 2008-ci ildə öz sahibini tapmışdır. Qalib 3 mərhələlik sorğu ilə müəyyən edilir. Buraya jurnalistlər, futbolçunun yoldaşları və internet üzərindən səsvermə daxildir.
Tarix 2008-ci ildə qalib Milan FKın yarımmüdafiyəçisi Kaka olmuşdur. Mançester Sitidən Robinyo və Sevilyadan Luis Fabiano ardıcıl olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Namizədlər sırasında 30 futbolçu var idi. Səsvermə dekabr ayının 1-dən 30-dək davam etmişdir. Nəticədə səslərin 25.03%-ı Kaka lehinə, 14.34% Robinyo üçün, 13.65% səs isə Luis Fabiano üçün verilmişdir. 2009-cu ildə, Luis Fabiano 20.91% səs ilə qalib olmuşdur. Növbəti pillələri isə Julio Sezar (17.58%) və Kaka (16.35%) tutmuşdur. 2010-cu ildə, İnter Milan FK klubundan Maykon (12.60%) qalib seçilmişdir. Növbəti pillələri isə Ernanes (10.76%) və Tiaqo Silva (9.56%) tutmuşdur. 2011-cu ildə, Milan FK klubundan Tiaqo Silva (16.33%) qalib olmuşdur. Növbəti pillələri isə Barselonadan Daniel Alves (15.56%) və Portudan Halk (14.41%) tutmuşdur. 2012-ci ildə 30 nəfər namizəddən ibarət olan siyahının qalibi Noyabr ayının 26-da bəyan edilmişdir. Pari Sen-Jermen FK klubunun oyunçusu Tiaqo Silva (17.70%) qalib olmuşdur. Növbəti pillələri isə Ramires (17.04%) və Villian (10.19%) tutmuşdur.. 2013-cü ildə, Tiaqo Silva ardıcıl üçüncü dəfə mükafatı qazanmışdır. Növbəti pillələri isə Dante və Oskar tutmuşdur. 2014-cü ildə, Neymar ilk dəfə rekord göstərici ilə (29.20%) qalib oldu. Növbəti pillələri isə Miranda və Felipe Melo tutmuşdur. 2015-ci ildə, Neymar ardıcıl olaraq ikinci dəfə bu mükafatı qazanmışdır. Növbəti pillələri isə Kosta və Felipe Melo tutmuşdur. 2016-cı ildə, Koutinyo ilk dəfə mükafatın qalibi olmuşdur.
Qaliblər
İlBirinciKlubNəticəİkinciKlubNəticəÜçüncüKlubNəticə2008Kaka Milan FK25.03%Robinyo Mançester Siti FK14.34%Luis Fabiano Sevilya FK13.65%2009Luis Fabiano Sevilya FK20.91%Julio Sezar İnter Milan FK17.58%Kaka Real Madrid FK16.35%2010Maykon İnter Milan12.60%Ernanes Latsio FK10.76%Tiaqo Silva Milan FK9.56%2011Tiaqo Silva Milan FK16.33%Daniel Alves Barselona FK15.56%Halk Portu FK14.41%2012Tiaqo Silva Pari Sen-Jermen FK17.70%Ramires Çelsi FK17.04%Villian Şaxtyor Donetsk FK10.19%2013Tiaqo Silva Pari Sen-Jermen FK24.19%Dante Bayern Münhen FK14.63%Oscar Çelsi FK8.20%2014Neymar Barselona FK29.20%Miranda Atletiko Madrid FK16.39%Felipe Melo Qalatasaray PFK16.01%2015Neymar Barselona FK37.87%Duqlas Kosta Bayern Münhen FK13.00%Felipe Melo İnter Milan FK9.39%2016Filipe Koutinyo Liverpul FK32.13%Neymar Barselona FK27.88%Kasemiro Real Madrid FK13.35%2017Neymar Pari Sen-Jermen27.71%Filipe Koutinyo Liverpul FK16.64%Marselo Real Madrid FK14.43%
İstinadlar
Kateqoriya:Futbol mükafatları Kateqoriya:Braziliya futbolçuları