Namiq Məsim oğlu Məmmədov (1fevral 1976, Arçut, Böyük Qarakilsə, Qərbi Azərbaycan ) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" Beynəlxalq Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri . İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), Azərbaycan Respublikasının "Tərəqqi" medalı " (2014). Hüquq üzrə fəlsəfə doktoru (PhD)
Həyatı Namiq Məmmədov 1 fevral 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qarakilsənin Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur.
Azərbaycanlıların Qərbi Azərbaycandan
deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.
Təhsili Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur.
1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir.
2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır.
Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir. 4 elmi məqaləsi nəşr edilmişdir.
"Rusiya Federasiyasında və Azərbaycan Respublikasında elektron hökumətin fəaliyyətinin məlumat-hüquqi təminatı (müqayisəvi-hüquqi araşdırma)" mövzusunda elmi dissertasiya üzərində işləyir.
Azərbaycan, rus, türk və ingilis dillərində sərbəst danışır.
Əmək fəaliyyəti 1992-ci ildə "Marko Computer Technologies" şirkətində elektron hesablama maşınlarının (EVM) nizamlayıcısısı. 1999-cu il həqiqi hərbi xidmətdən sonra "Caspian American Telecom" birgə müəssisəsində satış üzrə menecer. 2000-ci il "Caspian American Telecom" satış və marketinq departamentinin müdiri. 2001–2002-ci illərdə "R. I. S. K." elm-istehsalat şirkətində satış üzrə məsul menecer. 2002–2005-ci illərdə "Caspian Electronics" şirkətində Baş Menecer. 2005-ci ildə "Caspel" MMC-də Baş Direktor. 2008-ci ildən "Caspel" MMC-də İdarə Heyətinin Sədri. 2021-ci ildən hal-hazıra kimi isə "Caspel " Beynəlxalq Şirkətlər Qrupunun Müşahidə Şurasının Sədri.
Nailiyyətlər 300px|thumb|right|Azərbaycan Prezidenti İlham Əliyev və Namiq Məmmədov (Oğuz-Qəbələ-Bakı su borusunun açılışı. 28 dekabr 2010) 300px|thumb|right|İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evində (ən sağda Namiq Məmmədov) (19 noyabr 2018) Namiq Məmmədovun rəhbərliyi altında bir sıra mühüm layihələr həyata keçirilmişdir. O cümlədən: Yaradıcı mühəndis qrupu tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün (Dövlət Vergi Xidməti) "Vahid pəncərə" sistemi işlənib hazırlanmışdır. Bu sistem artıq bir neçə ildir ki, uğurla fəaliyyət göstərməkdədir. 2007-ci ilin dekabr ayında açılışda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. Azərbaycanın minlərlə sahibkar və iş adamı tətbiq edilmiş sistemin üstünlüklərini qiymətləndirməyə imkan qazanmışdır. "Oğuz–Qəbələ–Bakı" su kəmərinin tikintisi zamanı su təchizatı sisteminin əsas boru xəttinin avtomatlaşdırılması həyata keçirilmişdir. Layihə çərçivəsində su sərfiyyatını ölçən cihazlar, səviyyəölçənlər, təzyiq və temperatur ötürücüləri quraşdırılmış, həmçinin SCADA sistemi üçün avadanlıqlar və 262 km uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir. Su kəmərinin bütün uzunluğu boyunca optik-lifli rabitə infrastrukturu yaradılmış və sistemin mərkəzləşdirilmiş idarə olunması üçün SCADA nəzarət sistemi qurulmuşdur. Kəmərin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Layihə üzrə təqdimat Namiq Məmmədov tərəfindən həyata keçirilmişdir. Milli Məkan Məlumatları İnformasiya Sistemi (MMMİS) — Azərbaycan Respublikasında müxtəlif dövlət qurumları tərəfindən formalaşdırılan məkan məlumatlarının vahid platformada toplanması, inteqrasiyası, idarə olunması və mübadiləsini təmin edən informasiya sistemidir. Sistem coğrafi məlumatların standartlaşdırılmasını, dövlət qurumları arasında məlumat mübadiləsini və məkan məlumatlarından səmərəli istifadəni dəstəkləyir. Layihə çərçivəsində müxtəlif dövlət informasiya sistemləri ilə inteqrasiya, coğrafi informasiya xidmətləri (GIS), xəritə servis xidmətləri və istifadəçi idarəetmə mexanizmləri yaradılmışdır. Yüksək performanslı hesablama mərkəzi (Superkompüter)- İrimiqyaslı məlumatların emalı və süni intellekt üzrə hesablama yüklərinin icrası məqsədilə Milli Superkompüter Mərkəzi qurulmuşdur. Şübhəli əməliyyatların monitorinqi sistemi (süni intellekt əsaslı, MMX) — Maliyyə Monitorinqi Xidməti üçün şübhəli maliyyə əməliyyatlarının real vaxt rejimində aşkarlanması, risk qiymətləndirilməsi və analitik monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış sistemdir. Gəmilərin uzaq məsafədən tanınması və izlənməsi sistemi (LRIT) — Dövlət Dəniz və Liman Agentliyi üçün beynəlxalq dənizçilik standartlarına uyğun olaraq gəmilərin real vaxt rejimində tanınması, izlənməsi və monitorinqini həyata keçirir.. Hiperkonvergent server infrastrukturu- Hesablama,saxlama və şəbəkə resurslarını vahid, miqyaslanan platformada birləşdirən innovativ infrastrukturdur. 74-cü Beynəlxalq Astronavtika Konqresinin şəbəkə infrastrukturunun qurulması və rabitənin təşkil olunması (Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZERCOSMOS))- İri beynəlxalq tədbir üçün Heydər Əliyev Mərkəzi və ətraf pavilyonlarda tam şəbəkə infrastrukturunun qurulması təmin edilmişdir. COP 29 Əməliyyat şirkəti ofisinin İT infrastrukturunun qurulması və tədbirin şəbəkə infrastrukturunun təşkil olunması- BMT-nin qlobal iqlim sammitinin əməliyyat ofisi üçün tam İT infrastrukturu təşkil edilmişdir. WUF13 tədbiri üçün kabelləşmə və şəbəkə infrastrukturu- Tədbirin dayanıqlı və fasiləsiz bağlantı ilə təmin edilməsi üçün kompleks kabelləşmə və şəbəkə infrastrukturu yaradılmışdır.
İctimai fəaliyyəti 2009-cu ilin aprel ayından 2015-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişdir."Azərbaycan" qəzeti, 15 aprel 2009-cu il, № 79Azərbaycan Respublikası Milli Məclisin Məlumatı 2 fevral-14 aprel 2009-cu il, № 1
Namiq Məmmədov Caspian Energy Clubun Müşahidə Şurasının üzvüdür.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyasının İdarə Heyətinin üzvüdür.
Mükafatları 6 fevral 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ailə vəziyyəti Namiq Məmmədov ailəlidir, 2 övladı var.
Elmi əsərləri Мамедов Н. М., "Развитие информационного законодательства Азербайджанской Республики". Информационное право: Актуальные проблемы теории и практики. Сборник докладов научно-практической конференции. Москва, МГЮА. 3 апреля 2015 г. Стр. 60–62. Мамедов Н. М., "Об открытости деятельности государственных органов". Информационное право: Актуальные проблемы теории и практики. Сборник докладов Международной научно-практической конференции. Москва, МГЮА. 7 апреля 2016 г. Стр. 68–72. Мамедов Н. М., "Развитие електронного правительства в Азербайджанской Республике". Стратегия национального развития и задачи юридической науки. Сборник докладов. Москва, МГЮА. 2016 г. Стр. 56–58.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pəmbək mahalında doğulanlar Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan hüquqşünasları