Hüseyn Rəhim oğlu Ağabəyov () — Azərbaycanın tibb alimi, tibb elmləri doktoru (1935), professor (1938), Azərbaycan SSR əməkdar həkimi (1942).
Həyatı Hüseyn Ağabəyov 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunda mama və ginekologiya kafedrasının professoru (1938–1941, 1943–1956), Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu (1949–1950) işləmişdir.
Tədqiqatları qadın xəstəliklərinin öyrənilməsinə həsr olunmuşdur.
Təltifləri Azərbaycan SSR əməkdar həkimi — 1942 Qırmızı Əmək Bayrağı ordeni
İstinadlar
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan professorları