Teodor Ruzvelt (ing. Theodore Roosevelt; ) — Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901–1909). 1906-cı il Nobel Sülh Mükafatı laureatı. ABŞ-nin 32-ci prezidenti Franklin Delano Ruzveltin uzaq qohumu olmaqla yanaşı, həm də onun qardaşı qızı Franklin Ruzveltin həyat yoldaşı olmuşdur. Böyük dəyənək siyasəti onun adı ilə bağlıdır.

1912-ci il seçkiləri 1912-ci il prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmək istəmiş, lakin partiyadaxili ilkin seçkilərdə qalib gəlsə də, partiyanın qurultayında onun yerinə həmin vaxt prezident vəzifəsini tutan Uilyam Taft namizəd seçilmişdir. Bundan qəzəblənən Teodor Ruzvelt 300-dən artıq tərəfdarı ilə Respublikaçılar partiyasından ayrılaraq Proqressiv partiyanı yaratmış və bu partiyadan prezidentliyə namizəd olmuşdur. Seçkilərdə Uilyam Taftı geridə qoysa da, demokratların namizədi Vudro Vilsona böyük fərqlə məğlub olmuşdur.

Ruzveltin ekspansionist siyasəti O, konqress üçün əsaslı surətdə ilk müraciətnaməsini hazırladı. Yeni prezident xarici siyasətə çox diqqət ayırırdı. Öz sələfinin Filippinin işğalı, həmçinin Kuba və Puerto-Rikoda protektorat qurulması kimi xarici siyasət kursunu dəstəklədiyini qeyd edərək yeni prezident bəyan etdi ki, ABŞ, eləcə də bütün Amerika qitəsi ölkələrinin xarici siyasətdə başlıca əsaslandığı akt məhz Monro doktorinası olmalıdır. Bu Ruzveltin Monro doktorinası haqqında ilk deyimi idi; sonralar o yenidən bu məsələnin üzərinə bir daha qayıdaraq, onun üçün xüsusi şərh verəcəkdir. Bu müraciətdə isə Ruzvelt ardıcıl olaraq güclü donanma sülhün zəmanətidir — arqumentinə əl ataraq, özünün ən çox sevdiyi ideyalardan biri olan ABŞ-nin hərbi-dəniz qüvvələrinin möhkəmləndirilməsi, güclü donanma quruculuğunun labüdlüyü haqqındakı fikirlərini ifadə edirdi.

1903-cü ildə Ruzvelt Kubanı məcbur etdi ki, ABŞ-yə adaya müdaxilə və işğal etmək hüququ verən və bədnam "Plata düzəlişi" (koqress tərəfindən 1901-ci ildə qəbul edilib) ilə razılaşsın. İspan zülmündən zorla azad olmuş Kuba, amerikan yarımmüstəmləkəsinə çevrildi, bundan ilk növbədə ABŞ-nin iri inhisarları istifadə etdi. Ruzveltin prezidentliyi illərində (1902-ci ildən 1909-cu ilədək) Kubada amerikan kapital qoyuluşu 30 milyarddan 200 milyard dollaradək artdı.

Prezidentlik onun üçün öz ekspansionist nəzəriyyələrini təcrübədə tətbiq etməyə böyük imkanlar açıldı. Sakit okeanda ABŞ-nin hömranlığı yeni prezidentin başlıca ideyası idi. 1900-cü ildə o, açıq-aşkar yazırdı: "Mən Birləşmiş Ştatları Sakit okeanda başçılıq edən dövlət kimi görmək istərdim". Tamamilə aydındır ki, Makkinli Filippinin zəbt olunmasını elan edərkən Ruzvelt onu dəstəkləyirdi. O, filippinlilərin özünü idarə etmək qabiliyyətinə malik olmadıqlarını təkid edərək milli-azadlıq hərəkatını boğmaq və adalarda amerikan idarə etmə sisteminin tətbiq olunmasını tələb edirdi. Ruzveltin prezident postuna gəlişi zamanına qədər adalardakı hərbi hərəkat rəsmi olaraq dayandırılmışdır, baxmayaraq ki, Aginaldonun-filippin üsyançılarının başçısının-amerikanlılar tərəfindən əsarətə alınması və 1901-ci ilin martında onun təslimindən sonra üsyançılar ordusu bir-birinn ardınca müqaviməti dayandırdılar, lakin amerikan ordusunun üsyançılara və adaların din əhalisinə qarşı görünməmiş qəddar divanı davam edirdi. Ruzvelt bu cəza tədbirlərini "qanuna tabe olma tərbiyəsi" adlandırırdı. ABŞ-nin filippin xalqını od və qılıncla düzəltmək hüququna malik olması əqidəsinə əmin olan Ruzvelt öz hökumətinin hərəkətlərinə doğrudan da etiraz edən və xalqın gözünü adaların zəbt olunmasının və amerikan əsgərlərinin qəddarlığının əsl səbəblərinə həqiqətən də açmaq istəyən anti-imperialistlərə qarşı qəzəbini çətinliklə gizlədirdi. Onu sosialistlərdən daha çox burjua pafisistləri (milyoner E. Karnegi, senatorlar Xoar və Petttiqru, Şurts), daha doğrusu, öz sinfinin mötəbər nümayəndələri xüsusən təhrik edirdilər ki, onlardan da yaxa qurtarmaq asan iş deyildi. Prezident T. Ruzveltin fərqləndirici cəhətlərindən biri də lazımi adamların onun hərəkətlərini məzəmmət etmək deyil, onunla fəxr eləməsi və ya heç olmazsa, onun hərəkətlərinə haqq qazandırmaları arzusu idi. 1902-ci ilin yayında filippinlilərə qarşı qəddar münasibətə görə senator Xoar tərəfindən günahlandırılan müraciətə o, görünməyən riyakarlıqla cavab yazdı: "…Sizin gözünüzdə mənim, nəhəng işində öz vəzifəsini pis yerinə yetirən insan kimi görsənməyim mənim üçün dözülməzdir. Rica edirəm inanasınız ki, uzun, ağır düşüncələrdən sonra, mənim vəzifəmin nədən ibarət olduğu barədəki çox axtarışlardan və bəzi inamsızlıqlardan sonra indi mən vəzifəmi mənə necə görünürsə, elə də yerinə yetirirəm". Prezidentin fikrincə bu vəzifə müqavimətin qeyd-şərtsiz olaraq qırılması və "qanun və qaydaların bərpasının" silah gücünə yerinə yetirilməsindən ibarətdir.

Monro doktrinası Hələ konqressə ilk müraciətində Ruzvelt Monro doktrinasını ölkənin xarici siyasətində təməl daşı kimi irəli çəkmiş və Amerika qitəsi ölkələrini müstəmləkəyə çevirməsində 1902–1903-cü illər ərzində guya qaydaların mühafizəsi üçün qanun və sivilizasiyanın əsayişi uğrunda onu bir silah kimi istifadə etməyi bacarmışdır. Açıq-aşkar bəyan etdiyi məqsədinə çatmaq üçün prezidentin sərf etdiyi enerji və inadkarlığın həddi-hüdudu yox idi.

Prezident olmamışdan çox əvvəl Ruzvelt, Monro doktorinasını "Birləşmiş Ştatların siyasətinin geniş və ümumi prinsipi" kimi qiymətləndirmişdir. Hətta 1896-cı ildə o, bəyan etmişdir ki, "əgər Monro doktorinası olmasaydı, o zaman onu dərhal yaratmaq lazım idi. O vaxtlar (birinci Venesuela böhranı dövründə) Ruzvelt, Monro doktorinasının şərhini "avropanın amerikan torpağına soxulmasına qadağa ilə" məhdudlaşdırırdı. Bu səpkidə Monro doktorinasına o, hələ ilk prezident müraciətində toxunmuşdur. Buna baxmayaraq, o tezliklə təkcə ərazi işğalına qadağadan danışmadı, həm də bəyan etdi ki, ABŞ heç bir amerikan respublikaları üzərində hər hansı bir avropa dövlətinin nəzarətinə dözməyəcək.

Nəhayət, 1904-cü ilin dekabrında konqressə növbəti müraciətində Ruzvelt, Monro doktorinasına öz əlavəsini xülasələşdirərək, o nəticəyə gəldi ki, Birləşmiş Ştatlar "beynəlxalq polis qüvvəsi" rolunda bütün Amerika qitəsində "qayda-qanuna nəzarət etmək" hüququna malik olan yeganə dövlətdir. Bu maraqlı ifadə prezidentin özünə məxsusdur. Cənubi Amerika ölkələrinin "xroniki nizamsızlıq" vəziyyətində olduqlarını və sivilizasiyalı dövlətlərlə münasibət qurmaq iqtidarında olmadıqlarını qeyd edən T. Ruzvelt xəbərdarlıq edirdi ki, elə zaman gələ bilər ki, "sivilizasiyalı dövlətin"qarışması labüd olsun. "Monro doktorinasını qəbul etmiş Birləşmiş Ştatlar Qərb yarımkürəsində nadir hallarda, öz istəklərindən başqa, belə nizamsızlıq hallarında beynəlxalq polis qüvvələri rolunu yerinə yetirmək məcburiyyətində qala bilər". Bu çoxmənalı hədə "xalqı özünü yaxşı aparan istənilən ölkə bizim səmimi dostluğumuza arxalana bilər" kimi uzun və saxta sentensiyalarla müşahidə olunurdu. Başqa sözlə, Birləşmiş Ştatların prezidenti cənub qonşularını ABŞ-nin hökumət dairələrinin maraqları olarsa, onların daxili işlərinə qarışacaqları ilə hədələyirdi.

"Təmkinlə danış, lakin iri dəyənəyi əldən vermə və sən çox uzağa gedərsən", — Ruzvelt tərəfindən dövriyyəyə buraxılmış bu hakimanə sözlər onun xarici siyasətinin şüarı və formulası idi. Belə formulanın qüvvədə olması üçün Ruzveltə güclü donanma lazım idi; onsuz da heç kəsin hədələmədiyi ölkəsinin ərazisini müdafiə üçün deyil, başqa kiçik və böyük ölkələrə hədə-qorxunu daha da gücləndirmək üçün.

1902-ci ildə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü, amma o, özünü Amerika qitəsi ölkələrinin sahibi kimi aparırdı, buna görə də Avropa dövlətləri, ABŞ-nin qərb yarımkürəsində polis qüvvəsi kimi hüququnu faktiki olaraq tanımaq məcburiyyətində qaldılar.

Panama kanalı Ruzveltin imperialist əməllərinin tacı — yeri gəlmişkən bunlarla o, həmişə öyünərdi — təbii ki, okeanlar arası kanalın tikilməsi üçün Panama boğazındakı ərazinin zəbt edilməsi oldu. 1911-ci ildə Ruzvelt tərəfindən söylənilən bu fraza kanalın tikintisi barədə İngiltərə ilə aparılan yarım əsrlik danışıqlara son vermiş Panama epopeyasında prezidentin rolunu dəqiq ifadə edir.

Ruzvelt boğazı zəbt etməyi çoxdan arzulayırdı. Hələ XIX əsrin 90-cı illərində, İngiltərə ilə yeni müqavilənin (Heya-Paunsefota) bağlanması haqqında ilk danışıqlar getdiyi zaman o, tam mənasında hiddətlənərək, Hey və Makkinlini daha cəsarətli addımlar atmağa sövq etməyə çalışırdı. O, nəinki İngiltərə və ya heç bir başqa ölkə ilə əməkdaşlıq etmədən ABŞ-nin kanalı mənimsəməsini, həm də kanal ərazisinin silahlı mühafizə hüququnun da ABŞ-də olmasını istəyirdi. Ruzveltin fikrincə boğaz sahillərindəki amerikan silahları ABŞ-nin bütün düşmənlərinə tərəf istiqamətlənməli idi. "Ah, mən necə də istərdim ki, Siz və prezident müqaviləni (söhbət Kleyton-Bulver müqaviləsindən gedirdi, hansınınki əvəzində Hey və İngiltərənin xarici işlər naziri Paunsefot yeni akt hazırlamalı idilər) kəsib bizim öz kanalımızın tikintisi və möhkəmləndirilməsi haqqındakı billi tətbiq edəsiz" — deyə Nyu-York qubernatoru Ruzvelt ABŞ dövlət katibi J. Heyə yazırdı. Burlarla müharibədə böyük itkilər verərək zəifləmiş İngiltərə sonunda güzəştə getdi və 1901-ci ildə artıq Ruzvelt tərəfindən imzalanmış yeni Hey-Paunsefota müqaviləsi kanalın tikintisi və inşasında Ştatları faktiki olaraq yegənə ölkə etdi. Kanalın tikintisi üçün iki variant mövcud idi: ya Panama şirkəti tərəfindən artıq qazıntısına başlanmış Kolumbiya ərazisindən keçməklə və ya Nikaraquadan keçməklə. Hər iki halda icarə haqqında razılıq alınmalı idi. Təbii ki, bu respublikaların hökumətləri öz zəngin qonşularından xeyli miqdarda məbləğ (kanalın dəyəri Nikarauqadan keçərkən 189 864 min dollar, Kolumbiyadan keçərkən isə 250mln.-a yaxın idi) qoparmaq istəyirdilər. Konqresdə hansı variantın qəbul edilməsi haqqında müzakirələr gedərkən prezident təəssüflənirdi ki, ərazi yalnız icarəyə götürüləcəyindən kanal ABŞ-n mülkiyyəti olmayacaq. "Nəyə görə biz boğazı Kolumbiyadan icarəyə götürmək əvəzinə onu sadəcə olaraq satın almırıq? — deyə o, Heyə yazırdı. — mənə elə gəlir ki, bu çox gözəl bir şey ola bilər. Fikrimcə, biz onlara kifayət qədər təklif etsək, onlar öz konstitusiyalarını dəyişərlər.