Beqiya (, "Buludlar adası") — Qrenadin arxipelaqının (Kiçik Antil adaları) ən böyük adasıdır. Sent-Vinsent adasından 14 km cənub-qərbdə yerləşir. Sahəsi 18 km² təşkil edir. Əhalisi təqribi olaraq 5 min nəfərdir. İnzibati mərkəzi Port-Elizabet şəhəridir. Sent-Vinsent və Qrenadinin ərazisinə daxiıdir.
Əvvəllər ada gəmiqayırma və balina ovu məntəqəsi rolunu oynayırdı. Hazırda isə turizm mərkəzidir. Burada yeganə əlverişli buxta Admiralti-Beydir. Burada çoxlu yaxta görmək olar. Qədim La-Pomp kəndi yaxınlığında Antil-Pti-Museum adlı muzey fəaliyyət göstərir. Bu muzey balina onu sənayesi ilə əlaqədar hazırlanmışdır.
İstinadlar
Kateqoriya:Kateqoriya BTMİ VI Kateqoriya:Sent-Vinsent və Qrenadin adaları Kateqoriya:Karib dənizi adaları