Moyva () — Osmeridae fəsiləsinə daxil olan balıq növü.

Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean, Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər.

Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784.

Bəzən onları kapelan olaraq adlandırırlar.

Biologiya Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar.

Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur. Kürü tökərkən onları treskalar müşahidə edir. Onları qağayılar, suitilər və balinaların qidasınl təşkil edirlər.

Bir dəfəmə 1,5–60 min kürü buraxırlar. Kürünün diametri 0,5–1,2 mm olur. thumb|400 px|İllik moyva ovu 1950–2010 illər.(ton)

Təsərrüfat əhəmiyyəti Sənaye əhəmiyyətlidir. Böyük ehtiyatlara sahibdir. Onların ehtiyatları 4-х mln tondan çoxdur. 2005–2009 illərdə onların ümumi ovu 269–750 min ton arasında dəyişmişdir. 2012-ci ildə ümumdünya ovu 1 mln tonMallotus villosus (Müller, 1776) FAO, Species Fact Sheet olmuşdur. Sənayedə əsasən 11–19 sm uzunluğu olan və yaşı 1–3 olan balıqlar ovlanılır.

İstinadlar

Xarici keçidlər "Moyva". А.М. Токранов "Серебристая предвестница лета с запахом огурцов"

Kateqoriya:Balıqlar Kateqoriya:Pulcuqlular Kateqoriya:Xordalılar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Kanada mətbəxi Kateqoriya:Danimarka balıqları Kateqoriya:Norveç balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Yaponiya balıqları Kateqoriya:ABŞ balıqları Kateqoriya:Sənaye balığı