David Neres Kampos (3 mart 1997-ci ildə anadan olub) — David Neres kimi də tanınan, İtaliya A Seriyası klubu "Napoli"də hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu.

Klub karyerası

San-Paulu Neres San-Pauluda anadan olmuşdur. Neres 2007-ci ilin sentyabr ayında 10 yaşı olarkən San-Paulu klubunun gənclər komandasına cəlb olunmuşdur. 2016-cı ilin fevral ayında U-20 Libertadores Kubokundakı oyunlarda iştirak edən zaman çiynindən zədə aldı. Bu zədəyə görə o, bir ay yaşıl meydanlardan uzaq qaldı.

Neres 2016-cı ilin avqust ayında baş məşqçi Rikardo Qomeşin göstərişi əsasında əsas yığmaya təyin olunmuşdur. Neres əsas yığma ilə debütünü 17 oktyabr 2016-cı ildə Seriya A-da Fluminense klubuna qarşı oyunda etmişdir. Neves ikinci hissədə Robsonu əvəzləmişdir. Həmin görüşdə San-Paulu Fluminenseyə səfərdə 2–1 hesabı ilə qalib gəlmişdir.

Neves 22 oktyabr 2016-cı ildə Ponte Preta klubu ilə görüşdə ilk qolunu vurmuşdur. Həmin görüşdə komandası evdə 2–0 hesabı ilə qalib gəlmişdir. On dörd gün sonra isə o, Korintians Paulista klubu ilə əzəli görüşdə ikinci qoluna imza atmışdır. Həmin görüşdə isə komandası 4–0 hesabı ilə qalib gəlmişdir.

Ayaks 30 yanvar 2017-ci ildə David Neres €12 milyon qarşılığında Niderland klubu olan Ayaks klubuna transfer olmuşdur.

Karyera statistikası

KlubMövsümLiqaKubokKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolSan-Paulu2016Serie A8300003Paulista Kuboku görüşləri daxildir.0113Ayaks2016–17Erediviziya83003UEFA Avropa Liqası görüşləri daxildir.000113Ümumi karyera166003030226

Uğurları San-Paulu U-20 Libertadores Kuboku: 2016

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:Ukraynada legioner Braziliya idmançıları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Braziliya U-20 milli futbol komandası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Yonq Ayaks futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:San-Paulu FK futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:2019 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:Braziliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular