Vüqar Namizəd oğlu Mehdiyev () — Azərbaycanı təmsil edən yüngül atlet. 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.

Həyatı Vüqar Mehdiyev 1982-ci il iyunun 4-də anadan olub.

Karyerası 2008-ci ilin avqust ayında Vüqar Mehdiyev Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirində 11.00 saniyə nəticə ilə dördüncü pillənin sahibi olan Vüqar Mehdiyev, 200 metr məsafəyə qaçış turnirində 22.00 saniyə nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Vüqar Namizəd oğlu Mehdiyev Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları