José Roberto Gama de Oliveira və yaxud məşhur adı ilə Bebeto () ― hücumçu mövqeyində oynamış Braziliya futbolçusu. Braziliya millisində 75 oyunda 39 qol vuran Bebeto milli tarixinin 6-cı ən məhsuldar qolçusudur.

Karyerası

Klub karyerası Peşəkar klub karyerası 1983-cü ildə başlayıb. Sonra növbə ilə Braziliya Futbol Liqasında Flamenqo, Vasko da Qama klublarında oynadı və ölkə xaricinə transfer oldu. Ölkə xaricində ilk klubu İspaniyanın Deportivo klubu oldu. Braziliya xaricində oynadığı digər klublar İspaniyanın Sevilya, Meksikanın Toros Nesa, Yaponiyanın Kaşima Antlers və Səudiyyə Ərəbistanının Əl-İttihad klublarıdır.

Milli karyerası Bebeto milli yığmada 1985-ci ildə debüt etdi. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında Braziliya millisi ilə gümüş medal qazandı. 1989-cu ildə Braziliyada keçirilən Amerika Kubokunda Braziliya yığması ilə turnirin qalibi, vurduğu 6 qolla isə turnirin bombardiri oldu. 1989-cu ildəki uğurlu çıxışı nəticəsində Cənubi Amerikada ilin futbolçusu seçildi. 1994-cü ildə Braziliya dünya kubokunun sahibi olarkən Bebeto, vurduğu 3 qolla millinin ən məhsuldar oyunçularından biri oldu. 1990, 1994, 1998 dünya kuboklarında iştirak etdi və 2002-ci ildə karyerasını bitirdi. Bebeto 2010-cu ildə Rio-de-Janeyro ştatında konqresə seçilmişdi.

Uğurları

Komanda ilə uğurları Dünya Kuboku İştirakçısı: 1990, 1994, 1998 Dünya Kuboku Qalibi: 1994 FİFA Dünya Kubokunun Gümüş Mükafatçısı: 1998 FİFA U-20 Dünya Kuboku Qalibi: 1983 Pan Amerika Oyunları Qalibi: 1987 Seul Yay Olimpiya Oyunları Gümüş Mükafatçısı: 1988 Amerika Kuboku Qalibi: 1989 Konfederasiyalar Kuboku Qalibi: 1997 Braziliya Liqası Çempionu: 1987, 1989 İspaniya Kral Kuboku Qalibi: 1995 Baiya ştatı Qalibi: 1997 Rio-San Paulu Qalibi: 1998 Naranja Cup of Valencia (Spain): 1986 Colombino Huelva Tournament: 1987 Ramon de Carranza Trophy: 1989 Amizade Tournament: 1991 Theresa Herrera Trophy: 1995 Nordeste Cup: 1997

Şəxsi uğurları Rio-de-Janeyro ştatının bombardiri: 1988, 1989 Cənubi Amerikada ilin ən yaxşı futbolçusu: 1989 Amerika Kubokunun ən yaxşı futbolçusu: 1989 La Liqada bombardir: 1993 Deportivo tarixinin ən çox qol vuran oyunçusu: 101 qol

İstinadlar

Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Piçiçi mükafatı qalibləri Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Braziliya U-20 milli futbol komandası futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Flamenqo FK futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:Vasko da Qama FK futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Braziliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:1996 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Braziliya futbol məşqçiləri Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:1988 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:İspaniyada legioner Braziliya idmançıları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:1988 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular