Ehsan Əflan oğlu Zahidov () — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki.

Həyatı Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var.

Fəaliyyəti 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır. Ehsan Zahidov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. 2010-cu ildə Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ehsan Zahidov Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb. 2017-ci il fevral ayının 1-də Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrinə əsasən, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək Mətbuat xidmətinin rəisi təyin edilib. 10 iyul 2023-cü ildə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Təltifləri 2005-ci ildə Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun əmri ilə "Əla" xidmətlərinə görə döş nişanı ilə təltif edilib. 50px (2007) — "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" III dərəcəli medalı 50px (2007) — "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" II dərəcəli medalı 50px (2012) — "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" I dərəcəli medalı 50px (2018) — "Vətən uğrunda" medalı

İstinadlar