Andrey Vladimiroviç Stadnik (; ) — Ukraynanı təmsil etmiş sərbəst güləşçi. "Pekin-2008" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu.

Həyatı 15 aprel 1982-ci ildə anadan olub. Bacısı Yana Stadnik 48 kiloqram çəki dərəcəsində yarışan güləşçidir.

25 dekabr 2007-ci ildə Azərbaycanlı güləşçi Mariya Stadnik ilə ailə həyatı qurub. İqor (d. 2010) adlı bir oğlu və Mia (d. 2013) adlı bir qız övladı var.

Karyerası Andrey Stadnik 2008-ci ildə Ukraynanın bayrağı altında Çinin Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına qatıldı. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Andrey Stadnik finala qədər Birləşmiş Ştatların güləşçisi Douq Şvabı 6:0, Hindistanlı Suşil Kumarı 8:1, Belaruslu Albert Batırovu 8:6 və Qazaxıstanlı Leonid Spiridonovu 3:0 hesabları ilə məğlub etdi. Finalda isə Andrey Stadnik Türkiyə güləşçisi Ramazan Şahinə 5:6 hesabı ilə məğlub olaraq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.

İstinadlar

Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2008 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Ukrayna idmançıları Kateqoriya:Ukrayna güləşçiləri Kateqoriya:III dərəcəli "Cəsarət" ordeninin kavalerləri Kateqoriya:"Ukrayna müstəqilliyinin 20 illiyi" yubiley medalı ilə təltif olunanlar Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya medallı güləşçilər