Orxon-Yenisey dili — Qədim türk xalqlarının ilk yazılı dillərindən biri.

Ongin abidəsi Bu, göytürk Orxon-Yenisey abidələrindən ən zəif öyrənilmişi və sərt mübahisəlisidir. Abidə 1891-ci ildə Ongin çayı (Orxon çayının qoludur) hövzəsində Taramel çayı yaxınlığında Kokşin-Orxondan və Koşo-Saydam gölündən 160 km cənubda Manitu dağı yaxınlığında N.M.Yadrintsev tərəfindən tapılmışdır. Abidə ilk dəfə 1895-ci ildə alman dilində nəşr edilmişdir. Sonralar abidənin mətnini və onun tərcüməsini F.N.Orkun (türk dilində), S.Y.Malov (rus dilində), T.Tekin (ingilis dilində), C.Klauson (ingilis dilində), E.Triyarski (alman dilində), Ə.Ə.Rəcəbov (Azərbaycan dilində) nəşr etdirmişlər. Abidənin kimin tərəfindən və kimə qoyulduğu indi də mübahisəlidir. Tədqiqatçılann böyük bir qismi, o cümlədən V.V.Radlov, S.Y.Malov, A.Bernştam belə hesab edirlər ki, abidəni İltəris xaqanın kiçik qardaşı, İltəris xaqandan sonra taxta oturmuş Kapağan xaqan böyük qardaşı İltəris xaqanın şərəfinə qoymuşdur (bəzi tədqiqatçılar buraya İltəris xaqanın arvadı İlbilgə xatunu da əlavə edirlər, yəni abidə İltəris xaqan və İlbilgə xatunun şərəfinə qoyulmuşdur). Tədqiqatçıların bəziləri abidənin hətta heç kimə məlum olmayan Taçarn adlı bir bəyin şərəfınə qoyulduğunu iddia edirlər. Tədqiqatçılardan təkcə iki nəfər - T.Təkin və C.Klauson həqiqətə yaxın bir fıkir söyləyirlər. Onların fikrincə, abidə İşbara Tamğan Tarkan tərəfindən və ya onun özünə qoyulmuşdur. Abidənin qoyulması tarixi haqqında da fıkir birliyi yoxdur. Məsələn, S.Y.Malov yazır ki, Orxon abidəsi təxminən 690-706-cı illər arasında, A.N. Kononovun yazdığına görə isə 700-716-cı illər arasında qoyulmuşdur. Əbülfəz Rəcəbli Ongin abidəsinə iki məqalə həsr edib 1) "Ongin abidəsi və "kapağan" sözü haqqında", ADU-nun elmi əsərləri, Dil və ədəbiyyat seriyası, 1966, JN26, s.79-85; 2) "Ongin abidəsi haqqında", «Советская xropKOJiorHaw jum ah, 1970, JV92, s.33- 43. Bundan başqa "Orxon-Yenisey abidələri" (1993, s.43-50) kitabında da bu məsələyə geniş giriş məqaləsi həsr edib. Əgər S.Y.Malovun nəşr etdiyi foto-şəkil həqiqətə uyğundursa, onda Ongin abidəsi 692-ci ildə, yox əgər C.Klausonun nəşr etdiyi foto-şəkil həqiqətə uyğundursa, onda Ongin abidəsi 689-cu ildə qoyulmuşdur. Paleoqrafıyası və dilinə görə Ongin abidəsi Kül tigin və Bilgə xaqan abidələrinə yaxındır, lakin həm paleoqrafiyasına, həm də dil xüsusiyyətlərinə görə onlardan, nisbətən, köhnədir.

Kültigin abidəsi Abidə ikinci türk xaqanlığının banisi İhəris xaqanın kiçik oğlu, məşhur türk sərkərdəsi, yenilməz bahadır Kül tiginin (685-ci ildə anadan olmuş, 27 fevral 731-ci ildə vəfat etmiş, 1 noyabr 731-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. Abidənin mətni yazılmış daş 1 avqust 732-ci ildə qoyulmuş, 733-cü ilin sonunda hazır olmuşdur. Kül tigin abidəsi 1889-cu ildə rus alimi N.M .Yadrintsev tərəfindən Monqolustanda Kokşin-Orxon rayonunda, Orxon çayı hövzəsində - onun qolları Tola və Höla çaylan arasında Saydam gölü yaxınlığında Erdeni Tzsu budda monastrından 60 km şimalda, Ulan-Batordan 400 km qərbdə, Uqurnor gölündən 25 km cənubda, Karabalqasun şəhərinin xarabalıqlarından 40 km qərbdə tapılmışdır. Abidənin üst hissəsi kəsik piramida şəklindədir. Boz mərmərdən olan piramidanın iki üzü enli, iki üzü dardır. Enli üzlərdən biri Çin heroqlifləri ilə Çin dilində, qalan üç üzü göytrük əlifbası ilə türk dilində Kül tiginin böyük qardaşı ulu türk hökmdarı Bilgə xaqanın dilindən yazılmışdır. Türk mətninin müəllifı "Kül tiginin kiçik qohumu", Bilgə xaqandan sonra türk taxtında oturmuş Yolluqtigindir. Abidənin nəşri ilk dəfə 1894-cü ildə V.V.Radlov tərəfindən (alman dilində) həyata keçirilmişdir. Kültigin abidəsinin indiyədək ən yaxşı tarixi-filoloji tədqiqi P.M.Melioranski tərəfindən onun magistrlik dissertasiyasında həyata keçirilmişdir; bu dissertasiya 1899-cu ildə "Kül tigin şərəfinə abidə" adı ilə nəşr edilmişdir. Bu abidənin rusca yeni nəşri 1951-ci ildə S.Y.Malov tərəfindən edilmişdir. Kül tigin abidəsi 1936-cı ildə ilk dəfə H.N.Orkun tərəfindən türk dilində nəşr edilmişdir. Sonralar Mühərrəm Ergin də onu türk dilində dəfələrlə nəşr etdirmişdir. Daha sonra Tələt Təkin Kül tigin abidəsini ingilis dilində nəşr edir. Kül tigin abidəsi Azərbaycan dilində göytürk əlifbası ilə mətn, transkripsiya və tərcümədə ilk dəfə Ə.C. Şükürov və A.M. Məhərrəmov tərəfindən 1976-cı ildə həyata keçirilmişdir. Bu abidə 1993-cü ildə göytürk əlifbası ilə mətn, giriş, transkripsiya, tərcümə, izahlar və lüğət şəklində nəşr etdirilmişdir.

Bilgə xaqan abidəsi Bu, İkinci Türk xaqanlığının banisi İltəris xaqanın böyük oğlu, məşhur sərkərdə Kül tiginin böyük qardaşı, 716-734-cü illərdə ulu xaqan olmuş Bilgə xaqanın (683-cü ildə anadan olmuş, 24 noyabr 734-cü ildə, yəni it ili doqquzuncu ayının 26-da vəfat etmiş, 22 iyun 735-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. Bilgə xaqan abidəsi Kül tigin abidəsinin yaxınlığında, ondan bir qədər cənub-şərqdədir. Abidə Kül tigin abidəsi ilə eyni vaxtda - 1889-cu ildə N.M. Yadrintsev tərəfindən kəşf edilmişdir. Bilgə xaqan abidəsi Kül tigin abidəsi ilə birlikdə Koşo-Saydam abidələri adlanır. Bu abidə ilk dəfə V.V. Radlov və P.M. Melioranski tərəfindən 1897-ci ildə "Orxon ekspediyası əsərlərinin toplusu - IV" adı altında nəşr edilmişdir. Topluda hər iki Koşo-Saydam abidəsinin V.V. Radlov tərəfindən təsviri verilir, P.M. Melioranski isə mətnin rüs dilinə tərcüməsinin, habelə abidələrin göytürk əlifbası ilə yeddi cədvəlinin müəllifıdir. Bilgə xaqan abidəsinin rus dilidə nəşri - mətn, transkripsiya və rus dilinə tərcümə şəklində S.Y.Malov tərəfindən 1959-cu ildə nəşr edilmişdir. H.N. Orkun 1936-cı ildə Bilgə xaqan abidəsini mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşr etmişdir. Abidəni ingilis dilində transkripsiya və tərcümə şəklində 1968-ci ildə Tələt Təkin nəşr etmişdir. Abidənin mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşri dəfələrlə Mühərrəm Ergin tərəfindən həyata keçirilmişdir. Abidəni Azərbaycan dilində ilk dəfə göytürk əlifbası ilə mətn, transkripsiya və Azərbaycan dilinə tərcümə, habelə giriş və qeydlər şəklində 1993-cü ildə Ə.Ə. Rəcəbov etmişdir. Bundan başqa onun Bilgə xaqan abidəsi haqqında və Bilgə xaqanın şəxsiyyəti haqqında məqalələri də çap edilmişdir. Mütəxəssislərin fikrincə, Ongin, Kül tigin və Bilgə xaqan abidələri aşina qəbiləsinə məxsusdur. Qeyd etmək lazımdır ki, bu üç abidənin paleoqrafiyası və dili bir-birinə çox yaxındır.

Tonyukuk abidəsi