Aralıq — anus ilə xarici cinsiyyət üzvləri arasındakı nahiyənin adı olub, kiçik çanağın çıxacağı sayılır. Adətən romb şəklindədir. Qasıq bitişməsinin aşağı kənarı onu ön, büzdüm arxa, qasıq və oturaq sümüklərinin aşağı şaxələri, oma-qabar bağı və oturaq qabarları isə yan tərəflərini əhatə etmişdir. Aralıq nəzəri olaraq oturaq qabarlarından keçən köndələn xətt vasitəsilə iki üçbucağa bölünür. Öndəkinə sidik-cinsiyyət üçbucağı — , arxadakına isə anus üçbucağı — deyilir. Sidik-cinsiyyət üçbucağında kişilərdə penis, qadınlarda isə cinsiyyət yarığı — , anus üçbucağında isə adından məlum olduğu kimi anus yerləşmişdir. Anus və cinsiyyət üzvləri arasında orta xətt boyunca piqmentli tikiş — keçir. Aralıq əsasını əzələlər təşkil edir. Bura topoqrafik baxımdan anus nahiyəsi əzələlərindən təşkil olunmuş çanaq diafraqması — və sidik-cinsiyyət nahiyəsinə aid əzələlərdən təşkil olunmuş sidik-cinsiyyət diafraqması — daxildir.
Aralıq fassiyaları Aralıq aşağıdan xüsusi dərin və səthi fassiyalarla, yuxarıdan isə çanaq fassiyası ilə örtülüdür. Aralığın sətfi fassiyası — Aralığın dərin fassiyası — Çanaq fassiyası —
Aralıq əzələləri Anusu qaldıran əzələ — Büzdüm əzələsi — Anusu büzən xarici əzələ — Aralığın səthi köndələn əzələsi — Aralığın dərin köndələn əzələsi —
Damar və sinir təchizatı Aralıq adətən daxili cinsiyyət arteriyasının aşağı düzbağırsaq və aralıq şaxələri — ilə qanla təchiz olunur. Venoz qan isə eyni venalarla daşınır. Aralıq dərisi isə cinsiyyət sinirindən çıxan aşağı düzbağırsaq, aralıq, arxa xaya şaxələri — ilə innervasiya olunur.
Kateqoriya:Anatomiya