Dərətumb — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Kəndin ərazisində X əsrdən əvvələ aid tarixi abidələr vardırYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.72.

Toponimi 1727-ci ilə aid mənbədə "Tərətum" kimidir. Mənbədə qeyd olunur ki, bu kənddə adam yaşamır (yenə orada). XIX əsrin ortalarından sonra kəndin adı çəkilmir. Türk dillərində tara-"çayın ağzında şaxələnmə", "delta" və tumb-"təpə" sözlərindən ibarətdir. Erməni tədqiqatçıları tumb sözünü mənşəcə ermənicə sayırlar, halbuki Altay dillərinin hamısında bu söz vardır. Toponim Azərbaycan dilində "iki dağ və ya təpə arasında eləcə də düzənlikdə dərin çuxur", "çay yatağı, çayın axdığı yer" mənasında işlənən dərə sözü iləБушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.62–63Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.74Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.171 türk dilində "təpə, dağ, zirvə" mənasında işlənən tumb sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s. 186–187 birləşməsindən əmələ gəlmişdir. Tumb sözü həm də domba, tomba, tump formasında işlənirБушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.67Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.186. Azərbaycan dilinin Zəngilan şivəsində domba sözü coğrafi termin kimi "dağ üzərində günbəzvan xırda təpəcik" mənasında işlənirYüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.124. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri