Qaraşamb - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək (1972-ci il 15 marta kimi) Əştərək rayonunun tərkibində olmuşdur.
Toponim qədim türk dilində «böyük» mənasında işlənən qara sözü ilə türk dilində «çay kənarlarlarında, iki çayın qovuşacağında qamış, yulğun, cəyən, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer» mənasında işlənən şam sözününHəsənov A.Q. Dərəşam toponimi haqqında. - Azərb.SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin «Elmi əsərləri», dil və ədəb.ser., № 4, 1976. s.63 birləşməsindən əmələ gəlmişdir. «Şam» sözü erməni dilində «şamb» formasında «qamışlıq» mənasında işlənirBağramyan R.H., Xəlilov İ.H. Ermənicə-azərbaycanca lüğət, Yerevan, «Luys», 1978. s.413.
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 207 nəfər, 1886-cı ildə 192 nəfər, 1897-ci ildə 306 nəfər, 1908-ci ildə 363 nəfər, 1914 - cü ildə 417 nəfər, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 108-109.
1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1918-ci illərdə Türkiyədən buraya ermənilər köçürülüb yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Karbi kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri