Xocalı rekviyemi () — Rusiya bəstəkarı Aleksandr Çaykovski tərəfindən bəstələnmiş və Xocalı soyqırımına həsr edilmiş iki hissəli rekviyem.

Yazılma tarixi

Xocalı rekviyemi Aleksandr Çaykovski tərəfindən, xüsusi olaraq Azərbaycanın Qəbələ şəhərində keçirilən klassik musiqi festivalında ifa edilməsi üçün yazılmışdır. Əsər yalnız Xocalı faciəsindən bəhs etmir, eyni zamanda müharibə dəhşətləri ilə üzləşmiş bütün insanlara həsr edilir. Müəllif özü əsərin yazılmasından bəhs edərkən deyir:

Çaykovski qeyd edir ki, bu əsər ilə o, dünyanın müxtəlif yerlərində yaşayan və müharibə dəhşəti yaşamış insanlara musiqiçilərin dəstəyini ifadə etməyə çalışıb:

Musiqi xüsusiyyətləri

Aleksandr Çaykovski öz əsərində Azərbaycanın qədim musiqi janrı olan muğamdan aktiv istifadə edir.muzcentrum.ru «Как звучит музыка гор»

Konsert premyerası Rekviyemin premyerası 7 avqust 2012-ci ildə IV Qəbələ Musiqi Festivalının bağlanış günündə baş tutub. Əsər "Moskva solistləri" orkestri tərəfindən ifa edilmişdir.

Novaya Rosiya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri, Moskva solistləri kamera orkestrinin yaradıcısı Yuri Başmetin idarə etdiyi konsertdə, həmçinin, Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli (piano), Rusiya-ABŞ violonçelist və drijoru, pianist Oksana Yablonskaya və qoboyist Albert Zayontsun oğlu Dmitri Yablonski (violonçel) və Azərbaycanın Əməkdar Artisti Sahib Paşazadə (tar) də iştirak etmişlər.

Açılış sözündə Çaykovski qeyd etmişdir ki, rekviyem Heydər Əliyev Fondunun dəstəyi və yaxın dostu Dmitri Yablonskinin dəstəyi ilə yaradılmışdır.Завершился IV Габалинский международный музыкальный фестиваль

İstinadlar

Həmçinin bax Xocalı soyqırımı Xocalı 613 - hadisəyə həsr edilmiş musiqi pyesi.

Kateqoriya:Rekviyemlər Kateqoriya:Xocalı soyqırımı