Fransua Dominik Araqo () — fransız astronom və fizik, siyasi xadim, Paris EA-nın üzvü (1809), Peterburq EA-nın fəxri əcnəbi üzvü (1829). 1830-cu ildən Paris EA-nın katibi və Paris rəsədxanasının direktoru olmuşdur. Onun göstərişi ilə U. Leverye Uranın hərəkətindəki sarsıntıları hesablamış və bunun nəticəsində Neptun kəşf edilmişdir. Araqonun astronomiya, optika, elektromaqnetizm, meteorologiya və fiziki coğrafiyaya dair əsərləri var. Polyariskopu ixtira etmiş, poladdan ilk süni maqnitlər almış, fırlanma maqnetizmini kəşf etmiş, qütb parıltısı və maqnit fırtınası arasında əlaqə olduğunu müəyyənləşdirmişdir. 1830–1948-ci illərdə Deputatlar palatasının üzvü, Fransada 1848-ci il inqilabından sonra hərbi və dəniz naziri vəzifələrində işləmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa astronomları Kateqoriya:XIX əsr Fransa riyaziyyatçıları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Fransız ateistlər Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:Fransız masonlar Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Fransa ixtiraçıları Kateqoriya:Fransa baş nazirləri Kateqoriya:Fransa fizikləri Kateqoriya:Fransanın dövlət başçıları Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri