Saman Təhmasibi () — 1995-2010-cu illərdə İranı, 2010-2016-cı illərdə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2007-ci il Asiya Çempionatının qalibi.

Karyerası Saman Təhmasibi 2006-cı ilin iyununda Monqolustanda tələbələr arasında Dünya Çempionatının qalibi oldu. Həmin ilin sentyabrda Çinin Quançjou şəhərində Dünya Çempionatının bürünc medalına sahib olan Saman Təhmasibi Qətərin Doha şəhərində baş tutan Asiya Oyunlarını isə 8-ci pillədə başa vurdu.

2007-ci ildə Saman Təhmasibi Qırğızıstanda Asiya Çempionatının qalibi, Azərbaycanda isə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə İranı XXIX Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu.

Saman Təhmasibi 2010-cu ildə Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Saman Təhmasibi Azərbaycan bayrağı altında həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatında mübarizə aparsada uğursuz çıxış etdi və turniri 18-ci pillədə başa vurdu.

Saman Təhmasibi 2011-ci ildə İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin qalibi oldu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medala sahib oldu. Həmin il Saman Təhmasibi Dünya və Avropa Çempionatlarında medala sahib ola bilməsə də Dünya Çempionatını beşinci pillədə başa vurmaqla olimpiya lisenziyası əldə etdi.

2012-ci ilin mayında Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını 8-ci pillədə başa vuran Saman Təhmasibi avqustda Azərbaycanı olimpiada da təmsil etdi. Saman Təhmasibi olimpiadanın 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Vladimir Qeqeşidze ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Qeqeşidze 2:0, növbəti hissəsində isə Təhmasibi 2:0 hesabları ilə qalib gəldi. Həlledici hissədə Saman Təhmasibi rəqibinə minimal hesabla məğlub oldu (0:1). Məğlub olduğu rəqibi final görüşünə vəsiqə qazanmadığına görə təsəlliverici qrupda da mübarizə apara bilməyən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu.

2013-cü il Saman Təhmasibi üçün uğurlu oldu. İlin əvvəlində Tbilisi şəhərində (Gürcüstan) Avropa Çempionatını beşinci pillədə başa vuran Saman Təhmasibi iyulda İspaniya Qran-Prisinin, noyabrda da Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Sentyabrda isə Saman Təhmasibi Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatının final görüşündə məğlub olmaqla turnirin gümüş medalına sahib oldu.

Saman Təhmasibi üçün 2014-cü ildə uğurlu oldu. Fevralda İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin bürünc medalına, iyulda da Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib olan Saman Təhmasibi sentyabrda növbəti dəfə Dünya Çempionatının final görüşündə məğlub olmaqla turniri gümüş medalla başa vurdu.

Saman Təhmasibi 2015-ci ilin aprelində İstanbulda Vəhbi Əmri beynəlxalq turnirində, iyunda isə Avropa Oyunlarında uğursuz çıxış etdi və turnirləri müvafiq olaraq 10-cu və 8-ci pillələrdə başa vurdu. İlə uğursuz start verən Saman Təhmasibi bununla belə sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının bürünc medalına və olimpiya lisenziyasına sahib oldu. Noyabrda isə Saman Təhmasibi Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci pillədə başa vurdu.

Saman Təhmasibi 2016-cı ilin avqustunda Azərbaycanı olimpiada da təmsil etdi. 85 Kq. turnirində çıxış edən Saman Təhmasibi olimpiadanın təsnifat mərhələsində Rusiya nümayəndəsi David Çaxvetadze ilə üz-üzə gəldi. David Çaxvetadze 2015-ci il Avropa Oyunlarının qalibi idi. Həmin görüşdə Saman Təhmasibi rəqibinə 0:3 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Saman Təhmasibi mübarizəsini təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə Saman Təhmasibi İran nümayəndəsi Həbibullah Əxlaqi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Saman Təhmasibi rəqibinə 2:3 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu. Nəticədə Saman Təhmasibi Rio-de-Janeyro Olimpiadasında 12-ci pillədə qərarlaşdı.

Saman Təhmasibi 2016-cı ildə idmanla vidalaşdı.

Nəticələri thumb|316x316px|alt=|Saman Təhmasibi Rio-de-Janeyro Olimpiadasının təsəlliverici qrupu çərçivəsində baş tutan görüş zamanı İran nümayəndəsi Həbibullah Əxlaqi ilə qarşılaşır SıraİlYarışEv sahibiNəticə İran11995Yeniyetmələrin Dünya Çempionatı İran5.22006Tələbələrin Dünya Çempionatı Monqolustan1.3Dünya Çempionatı Çin3.4Asiya Oyunları Qətər8.52007Asiya Çempionatı Qırğızıstan1.6D. Kolov - N. Petrov Turniri Bolqarıstan10.7Dünya Çempionatı Azərbaycan3.82008Olimpiya Oyunları Çin11.92010Yadigar İmam Turniri İran3. Azərbaycan102010Dünya Çempionatı Rusiya18.112011Vəhbi Əmri Turniri Türkiyə1.12Avropa Çempionatı Almaniya15.13Qızıl Qran-Pri Azərbaycan2.14Dünya Çempionatı Türkiyə5.15FILA Test Turniri Birləşmiş Krallıq1.162012Avropa Çempionatı Serbiya8.17Olimpiya Oyunları Birləşmiş Krallıq11.182013Avropa Çempionatı Gürcüstan5.19İspaniya Qran-Prisi İspaniya1.20Dünya Çempionatı Macarıstan2.21Qızıl Qran-Pri Azərbaycan1.222014Vəhbi Əmri Turniri Türkiyə3.23Avropa Çempionatı Finlandiya16.24Qızıl Qran-Pri Azərbaycan2.25Dünya Çempionatı Özbəkistan2.262015Vəhbi Əmri Turniri Azərbaycan10.27Avropa Oyunları Azərbaycan8.28Dünya Çempionatı ABŞ3.29Qızıl Qran-Pri Azərbaycan12.302016Olimpiya Oyunları Braziliya12.

İstinadlar

Kateqoriya:İranın yunan-roma güləşçiləri Kateqoriya:İranın olimpiya güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları‎ Kateqoriya:Azərbaycanın İrandan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər