Sarıbaş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ərtik rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.219 qeyd edilmişdir.

Toponim sarıbaş türk etnonimi əsasında əmələ gəlmişdir. N. A. Aristov göstərir ki, XIII əsrdə Qırğız çöllərinin şimal-şərq hissəsinə gəlmiş türkmonqol tayfaları içərisində sarıbaş nəsli olmuşdurNuriyev E. Azərbaycan SSR-in Şəki-Zaqatala zonasının toponimiyası, Bakı, "Elm", 1989. s.43.

Deməli Sarıbaş kəndinin adı da monqolların tərkibində Zaqafqaziyaya, o cümlədən indi Ermənistan adlanan əraziyə gəlmiş sarıbaş türk etnonimi ilə bağlıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 15. VII. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Haykasar qoyulmuşdur.

Əhalisi Ermənilər buraya 1828-ci ildə Türkiyənin Qars vilayətindən köçürülmüşdür.

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri