Boğaziçi Universiteti (; ) — İstanbulda mövcud olan dövlət universiteti. 1863-cü ildə Dr. Sayrus Hamlin və Kristofer Robert tərəfindən Amerikan torpaqları xaricində qurulmuş ilk amerikan fond universitetidir (Robert Kolleci olaraq). Cənubi Korpusdakı bütün tarixi binalar I Dünya Müharibəsindən əvvəl inşa edilmişdir. 10 sentyabr 1971-ci ildə idarəetmə türk hökümətinə verilmiş və adı dəyişdirilərək Boğaziçi Üniversitetinə çevrilmişdir.
Xarici əlaqələri Utrext Şəbəkəsinin üzvüdür.Who are the members . utrecht-network.org
Kitabxana Boğaziçi Universitetinin kitabxanası qurulduğu tarixdən bu yana inkişaf edən bir kolleksiyaya sahibdir. Kitabxananın ilk kitabları 1863-cü ildə Harvard Universitetindən ianə olaraq gələn 200 ədəd kitabdır. Günümüzdə Şimali Korpusda xidmət göstərən kitabxana binası 1983-də açılmış və binaya qurucu rektor Abdulla Quranın adı verilmişdir. Kitabxana təqribən 663 982 materialı ehtiva edir və 10.000 m2 sahədə min nəfərlik oturma tutumlu açıq rəf sistemləri əsaslı işləyən akademik bir kitabxanadır. Gündə ortalama olaraq 4500 nəfər giriş edir, 660 kitab verilir. Hər il təqribən 10.000 yeni kitab satın alınaraq, 15.000 kitab da ianə olaraq kitab fonduna əlavə olunur.
Universitetin ayrıca "Boğaziçi Universiteti Yayımevi" adıyla fəaliyyət göstərən nəşriyyatı var. "Hakkımızda". Boğaziçi Üniversitesi Yayınevi.
İstinadlar
Xarici keçidlər Boğaziçi Universitetinin rəsmi veb-saytı Boğaziçi Universitetinin lüğəti Boğaziçi Universiteti haqqında
Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Bosfor