Yulii məzarı () və ya Mavzoley "M" - Müqəddəs Pyotr bazilikasının altında yerləşən Vatikan nekropolunda məzardır. Məzarın tağı altında məşhur mozaika aşkarlanmışdır. Mozaikada Helios (Roma panteonunda Sol İnvuktus) öz təkərli arabasında təsvir edilib. Mozaikda tanrı panteist dünyagörüşü üçün ənənəvi olmayan üzüm yarpaqları arasında təsvir edilib ki, bu da İohannın İncili 15.1 təsvirinə uyğun gəlir. Mozaik, III əsrin sonları IV əsrin əvvəllərinə aid edilir. Bu məzardan aşkarlanmış digər mozaikalarda İona və kit, quzunu daşıyan yaxşı çoban (Kriofor mövzusu) və balıqçıların təsvir edilməsi məzarın xristiana məxsus olmasını ehtimal etməyə əsas vermişdir.
İstinadlar
Ədəbiyyat Beckwith, John 1979. Early Christian and Byzantine Art (Yale University Press): 19 Perler, Othmar 1953, Die Mosaiken der Juliergruft im Vatikan (Universitätsverlag): 34-36 Weitzmann, Kurt, ed., Age of spirituality: late antique and early Christian art, third to seventh century, no. 467, 1979, Metropoliten muzeyi, New York, ISBN 9780870991790
Kateqoriya:Vatikan tikililəri Kateqoriya:Romanın görməli yerləri Kateqoriya:Erkən xristian incəsənəti Kateqoriya:Qədim Roma mozaikaları Kateqoriya:Müqəddəs Pyotr bazilikası