Donetsk tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi. 2005-ci illərdə təsis edilmişdir.
Tarixi və təsviri Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi 2005-ci ildə ildə Donstsk şəhərinin 50 illiyi münasibətilə təşkil edilmişdir. Yaşayış məntəqəsinin təməli 1681-ci ildə Qundorovskaya kəndi olaraq təsis edilmişdir. 1955-ci ildə isə Donetsk olaraq adlandırılmışdır.
Donetsk şəhərinin bütün tarixi muzeydə əks olunmuşdur. Donetsk tarix-diyarşunaslıq muzeyi 9 eksponat zalından təşkil edilmişdir. Bu zallarda şəkillər, sənədlər, kitablar və kazaklara aid əşyalar saxlanılır. "Hərbi şöhrət zalında" əsasən Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsinə aid pretmetlər nümayiş etdirilir. "Kosmanavtika" zalında isə şəhərin sakini olmuş Yuri Vladimiroviç Usaçevin şəxsi əşyaları saxlanılır. O, kosmosa dörd uçuş təşkil etmişdir. Üstəli Rusiya Federasiyası qəhrəmanıdır. Şəhərin sənaye potensialı "Maşınqayırma", "Yüngül sənaye", "Kömür sənayesi" kimi zallarda nümayiş etdirilir. ""Don diyarının təbiəti"" zalında olan şəhər ətrafında yayılmış canlıların müqəvvaları nüşayiş edilir. Məməlilərdın tülkü, dovşan, yeninotabənzər it, kirpi, quşlardan ördək, ağ qu quşu və digərləri. Yeni eskponatlar və sərgilər yerli sakinlər və turistlər üçün "Sərgi" zalında nümayiş etdirilir.
"Sərgi zalı" ərazisində əsasən kütləvi görüşlər təşkil edilir.
Əməkdaşları Direktoru Qalina Sergeyevna Kovtun Findun baş qoyucusu Natalya Gennadyevna Mazankina Muzey predmetlərinin qoruyucusu Natalya Qriqoryevna Nemtseva Kiçik elmi işçi İnna Vasilyeva Çernış Мetodist Alisa Ruslanovna Myasnikova Gözətçi Natalya Rodionovna Ryabçenko
Ünvan Muzeyin yerləşdiyi adres: 346330, Rostov vilayəti, Donetsk ş, Mir prospekti, ev 21.
Fotoqalereya
Həmçinin bax Donetsk Regional İncəsənət Muzeyi
İstinadlar
Xarici keçidlər г. Донецк Историческая справка города Донецка Ростовской области Гундоровская станица
Kateqoriya:Rusiya muzeyləri Kateqoriya:Tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:Rostov vilayəti muzeyləri