Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (; ) — London və Parisdə bir sıra ərəbdilli qəzetlərin çapında iştirak etmiş Osmanlı-Suriya əsilli yazıçı. Fransis və Maryana Mərraşın qardaşı.
Həyatı Abdulla Mərraş Osmanlı Suriyasının şəhəri olan Hələbdə ədəbi maraqları ilə tanınan qədim Melkit tacir ailəsində anadan olmuşdur.; . XVIII əsrdə var-dövlət və nüfuz qazanan ailə Hələbdə möhkəm mövqe tutmuşdu,; . lakin çətinliklərlə də üzləşmişdi: Abdullanın qohumu Butrus Mərraş 1818-ci ilin aprelində katoliklər və pravoslavlar arasında Hələb qarşıdurması zamanı valinin qoşunları tərəfindən öldürülmüşdü.; ; . Təqiblər zamanı digər Melkit katolikləri də Hələbdən sürgün edilmişdilər. Onların arasında keşiş Cibrail Mərraş da var idi.. Abdullanın atası Fəthullah 1849-cu ildə məzhəblərarası münaqişəni yumşaltmağa çalışaraq bir traktat yazmış və həmin əsərdə filiokva təlimini rədd etmişdi.. O, üç övladına — Fransisə, Abdullaya və Məryanaya — hərtərəfli təhsil vermək, xüsusilə ərəb dili və ədəbiyyatını dərindən öyrətmək məqsədilə böyük şəxsi kitabxana yaratmışdı..; .
Həmin dövrdə Hələb Osmanlı imperiyasının mühüm intellektual mərkəzlərindən biri idi. Şəhərdə ərəblərin gələcəyi ilə maraqlanan çoxsaylı mütəfəkkir və yazıçılar fəaliyyət göstərirdilər.. Mərraş ailəsi ərəb dilini fransız dili ilə yanaşı, digər xarici dilləri — italyan və ingilis dillərini də Fransa missioner məktəblərində öyrənmişdi. Hələbdə təhsil aldıqdan sonra Abdulla ticarətlə məşğul olmaqla yanaşı, təhsilini davam etdirmək üçün Avropaya getmişdi..
1863-cü ilə qədər Mançesterdə məskunlaşan Abdulla. 6 may 1868-ci ildə 1844-cü il tarixli Əcnəbilər haqqında qanuna əsasən Britaniya təbəəliyini qəbul etmiş, (named as "Marrash, Abdoulah"). 11 iyul 1872-ci ildə isə 1870-ci il "Vətəndaşlığa Qəbul Qanunu"na əsasən yenidən naturalizasiya olunmuşdur... O, London və Parisdəki ərəb əlyazmaları kolleksiyalarından istifadə edir və Yaxın Şərqdəki həmvətənləri üçün faydalı hesab etdiyi mətnlərin surətlərini çıxarırdı. 1879-cu ildə Ədib İshaqa Parisdə Misr əl-Qahira ("Qalib Misir") jurnalını təsis etməkdə kömək etmişdi.; .
Mərraş Kavkab əl-Məşriq ("Şərq ulduzu") adlı, Parisdə nəşr olunan aylıq ərəb-fransız ikidilli jurnalını təsis etmişdi. Jurnalın ilk sayı 23 iyun 1882-ci ildə nəşr olunmuş, lakin jurnal qısa müddət fəaliyyət göstərmişdir.. 1882-ci ildə Mərraş Marseldə məskunlaşmış və 17 yanvar 1900-cü ildə həmin şəhərdə vəfat etmişdir.. O, Société Asiatique cəmiyyətinin üzvü olmuşdur..
İstinadlar
Qeydlər
Kateqoriya:Suriya yazıçıları