Pyer Buyer () — fransız alimi, fotometriyanın banilərindən biri, Paris Elmlər Akademiyasını üzvü (1731).
Fəaliyyəti Vanndakı yezuit məktəbində tərbiyə almışdır. 1735–43-cü illərdə Yerin formasını müəyyən etmək məqsədilə Peruda dərəcə ölçüləri aparan ekspedisiyanın elmi rəhbəri olmuşdur. Tədqiqatları fiziki optikaya, astronomiyaya, geodeziyaya, hidroqrafiyaya, gəmi nəzəriyyəsinə həsr olunmuşdur. "İşığın miqdarı" anlayışını və fotometriyanın digər anlayışlarını irəli sürmüş, fotometrik cihazları təsvir etmiş, işığın parlaqlığının ölçülməsi üsullarını işləyib hazırlamışdır. 1729-cu ildə işıq dəstəsi intensivliyinin mühitdə zəifləməsi qanununu müəyyən etmişdir (Buger-Lambert-Ber qanunu). Gəmiçilik işinin inkişafında böyük rol oynamış"Gəmi haqqında traktat" (1746) və "Şturman sənətinin nəzəriyyə və praktikasını əhatə edən naviqasiyaya dair yeni əsər"in (1753) müəllifidir.Buger// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 40.
Tanınması Marsda A krateri onun şərəfinə adlandırılmışdır. Həmçinin A ay krateri və bir asteroid də onun adınadır.
İstinadlar
Xarici keçidlər www-history; biographie on Bouguer
Kateqoriya:Fransa meteoroloqları Kateqoriya:Fransa fizikləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri