Şirman xulu () — fəsiləsinin cinsinə aid balıq növü.

Yayılması Mərmərə, Qara, Azov və Xəzər dənizi hövzələrində, limanlarda, bəzi çayların aşağı axarlarında, seyrək hallarda su anbarlarında yayılmışdır. Dənizdə yalnız tapılmışdır, lakin bəzi ərazilərdə haşiyələr daxildir. Abşeronun cənub hissəsində və Küryanı rayonda çoxsaylı, Samurdan Siyəzənə və Şıx sahəsindən Kürün Züd-ost qoltuğuna qədər azsaylıdır.

Morfoloji əlamətləri Bədəni axımlı, başı uzunsov, lövhəvarıdır. Üstdən yüngülcə basıqdır, ağzı iridir. Yaşlı fərdlərdə qarın sormacında yaxa pərləri kütdür. İkinci bel üzgəcinin hündürlüyü arxa uca doğru artır. Bədənin böyürlərində adətən, şahmat şəklində düzülmüş, iri bozumtul qonur xallar olur. Uzunluğu 20 sm-dən artıq deyil. Başı və üzgəcləri qara zolaqlarla örtülüdür. Dodaqları ətlidir, alt dodaq üst dodaqdan uzundur.

Yaşayış yeri və həyat tərzi Həmin dənizdə, həm də çay və göllərdə yaşayır. Dəniz bitkilərinin, daşların və yosunların arasında gizlənir. Tək yaşamır. 50 fərddən ibarət toplu şəklində yığışırlar. Dəniz sularında 10 m-dən dərinə üzmürlər. Qış aylarında dərinliyə üzürlər. Fırtınada sağ qalmaq üçün Şirman xulunun qarnında sormac var. O, bu sormac vasitəsilə daşlara yapışaraq qala bilir. Əsasən kiçik balıqlarla, dəniz qurdları ilə, molyuskalarla qidalanır.

Çoxalması Cinsi yetkinliyə 1–2 yaşında çatır. Kürüləmə erkən yazda olur. Kurülər selik vasitəsilə daşların altına yapışır. Erkəklər nəsil qayğısına qalırlar. Bir müddətdən sonra kürülər yumurta sarısı hesabına qidalanırlar. Sürfə halına gəldikdən sonra isə dənizin dibinə keçərək plankton, kiçik xərçəngkimilər və digər xırda canlılarla qidalanmağa başlayırlar.

Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur. Həvəsgar balıqçılar tərəfindən ovlanır.

Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild. Bakı: Elm, 2004, s.140.

İstinadlar

Kateqoriya:1840-cı ildə təsvir edilən balıqlar Kateqoriya:Ponticola Kateqoriya:Avropa balıqları Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları