Albaniyada kənd təsərrüfatı — Albaniya iqtisadiyyatının aparıcı sahələrindən biri.
Mövcud vəziyyəti Albaniyanın kənd təsərrüfatı ölkənin daxili tələbatını ödəmir. Xüsusilə də 2000-ci illərin əvvəlində sovxoz və kolxozlar ləğv olunduqdan, torpaq və avadanlıq özəlləşdiriləndən sonra torpaq sahələrinin xırda sahələrə bölünməsi və avadanlıq çatışmazlığı kənd təsərrüfatındakı səmərəni daha da azaltmışdır.
Torpaqları Ölkə ərazisinin 21%-ini suvarılan torpaqlar, 15%-ini otlaqlar tutur.
Əkinçilik Əsas kənd təsərrüfatı bitkiləri buğda və qarğıdalıdır. Suvarılan torpaqların yarısında taxıl əkilir. thumb|Zeytun və sitrus plantasiyaları Darı, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, meyvə, üzüm, zeytun da becərilir.
Bu sahədə əsas problemlərdən biri quraqlıqdır ki, o da əkinçiliyə ciddi ziyan vurur. Əkilən sahələrin yalnız yarıya qədəri suvarılır.
Heyvandarlıq thumb|Albaniyada qoyunçuluq Heyvandarlıqda başlıca ənənəvi sahə qoyunçuluqdur. 2002-ci ildə bu ölkədə 1,4 milyon başdan çox qoyun qeydə alınmışdır.
Yük heyvanları – at, uzunqulaq saxlanılır.
Ölkənin cənubunda ətlik-südlük, şimal və şərqində isə dağ-otlaq heyvandarlığı üstünlük təşkil edir.
Quşçuluq 2002-ci ildə bu ölkədə 4,1 milyon baş ev quşları qeydə alınmışdır.
Balıqçılıq Adriatik dənizinin sahil sularında balıqçılıq inkişaf etdirilir.
Meşə təsərrüfatı Albaniyada torpaqlar kötük hazırlanması üçün uyğun bir iqlimə sahibdir. Lakin Albaniyanın tarixi meşələrinin bir çoxu 1990-cı illərdə səmərəsiz taxta sənayesi və kənd təsərrüfatı sahələrinin genişləndirilməsi nəticəsində dağıdıldı. Hazırda Albaniyanın torpaq sahələrinin təxminən 1/3-i meşə sahələri ilə örtülüdür. İtaliya və Dünya Bankı ilə imzalanmış bir anlaşmaya görə meşələrin bərpasına böyük məbləğdə vəsait ayrılmışdır.
ÜDM-də payı 2003-cü ildə Albaniyada kənd təsərrüfatının Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur.
Beynəlxalq reytinqlər 2014-cü ilin yekunlarına əsasən Albaniyanın bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında dünya üzrə mövqeyi aşağıdakı cədvəldə göstərilmişdir: {|class="wikitable" style="text-align:center;" |- ! style="width:50%;"|Məhsul (ümumi istehsalı) ! style="width:25%;"|Yer ! style="width:25%;"|İstehsalçı ölkələrin ümumi sayı |- |align="left"|Ərik və göyəm |31||85 |- |align="left"|Üzüms |36||90 |- |align="left"|Qarpız |40||130 |- |align="left"|Meyvə |98||205 |- |align="left"|Əncir |11||52 |- |align="left"|Xiyar |39||133 |- |align="left"|Pomidor |56||170 |- |align="left"|Tərəvəz |72||200
İstinadlar
Xarici keçidlər
Organic Europe: Albania Profile Agroweb Albanian Agriculture Portal Agr.al Albanian Agricultural Products Virtual Market Albanian Agribusiness Council Official Website Organic Agriculture Association of Albania Official Website Albanian Women in Business Official Website Well Food Hub Adriatic Project Slow Food Foundation Arch of Taste Agency for Agricultural and Rural Development Official Website Ministry of Agriculture, Rural Development, and Water Administration of Albania Official Website