Aşiqlər parkı () — Ermənistanın İrəvan şəhərindəki Baqramyan Prospektində olan bir ictimai parkdır. Şəhərin mərkəzi olan Kentron Rayonunda 2,5 hektarlıq bir sahəni tutur. Park, 2005-2008 illəri arasında yeniləndi və 2008-ci ilin Noyabr ayında Boqosyan Fondunun başçısı Albert Boqosyanın səyləri ilə yenidən açıldı.
Tarixi left|thumb|İrəvan Aşiqlər Parkı'ndakı hovuz və Açayur kafesi Park, adını köhnə İrəvanın şimal-qərb ətrafında yerləşən Kozern rayonundan alan Kozern Parkı olaraq bilinirdi. Park XVIII əsrdə tikilmişdir. Orta əsrə aid qəbiristanlığı və ibadətgahı ilə məşhur idi.
İkinci Dünya müharibəsindən sonra 1949-ci ildə yenidən yenidən dizayn olunan park, məşhur rus şairi Aleksandr Puşkinin doğumunun 150-ci ildönümünü qeyd etməsi üçün Ermənistan Sovet Sosialist Respublikası Nazirlər Şurasının qərarı ilə Puşkin Parkı olaraq yenidən adlandırılmışdır. 1970-ci illərin sonlarında park, Sovet İttifaqının bütün üzv ölkələrinin dostluğuna bir haqq olaraq Barekamutyun () olaraq seçilmişdir. Ermənistan Respublikasının müstəqilliyini taxıban, İrəvan Bələdiyyə Məclisinin vətəndaş nümayəndələrinin başçılığının qərarı ilə 1995-ci ildə İrəvan Aşiqlər Parkı adlandırılımışdır.
2005-2008-ci illər arasında tamamilə yenilənən İrəvan Aşiqlər Parkı 2008-ci ilin Noyabr ayında ictimaiyyətə açıldı. Park, təkərli kürsülərin hər bir istiqamətdən asanlıqla daxil ola bilməsi üçün heç bir pilləsi yoxdur. Park, 215 kreslo tutumlu kiçik bir mərkəzi amfiteatrı və 100 m²-lik bir səhnəsi var. thumb|226x226px|İrəvan Aşiqlər Parkında Qevorq Eminin heykəli Parkda 2010-ci ildə məşhur Erməni şair Qevorq Eminin (heykəltaraş Aşot Aramyanın hazırladığı) heykəli tikilmişdir. 2014-cü ildə, sənətçi Jan-Miçel Otoniyenin Obsidiyan Ürək adlı sənət əsərinin təqdimatını bu parkda reallaşdırılmışdır.
Marşal Baqramyan metro stansiyası 1981-ci ildən bəri İrəvan Aşiqlər Parkının şimal-qərb küncündə yerləşir.
Faktlar Ümumi Sahə: 1.6 hektar. Yaşıl Sahə: 1.05 hektar. Ağacların Sayı: 370. Su Səthi: 0.11 hektar. Şəlalələrin Sayı: 4.
Həmçinin Bax thumb|167x167px|Parkdan görünüşü İngilis Parkı (İrəvan) Marşal Baqramyan prospekti (İrəvan) İrəvan
Xarici Keçidlər Aşıqlar Parkı Rəsmi saytı (Ermənicə) Açayur Resmi Saytı (Ermənicə) Açayur rəsmi saytı Reservin.am reservasiya sistemi
İstinadlar
Kateqoriya:Ermənistanın görməli yerləri Kateqoriya:İrəvan parkları Kateqoriya:İctimai şəhər parkları