Pavel Petroviç Anosov () – rus metallurqu.
Haqqında
1917–47-ci illərdə Zlatoust zavodlarında işləmişdir. P. Anosov yüksək keyfiyyətli tökmə polad alınması proseslərini, metalın qaz sementlənməsi (dünyada ilk dəfə) prosesini, çuqunun əritmə yolu ilə polada çevrilməsi üsullarını, oda davamlı putaların alınma texnologiyasını və s. işləyib hazırlamışdır. İlk dəfə 1931-ci ildə polad ərintilərinin daxili quruluşunu tədqiq etmək üçün mikroskopdan istifadə etmiş və bununla da metalların mikroskopik analizinin əsasını qoymuşdur. Anosovun tədqiqatlarının nəticələri "Poladlar haqqında" (1941) kitabında ümumiləşdirilmişdir. 1993-cü ildə Rusiya Elmlər Akademiyası P. Anosov adına mükafat təsis etmişdir.
Həmçinin bax Polad Metallurgiya
İstinadlar Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Omskda vəfat edənlər