200px|thumb|right|Məscidin sökülməsi Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi — Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi 63 ünvanında yerləşmiş və tarixi-memarlıq abidəsi olmuş məscid.
Məscid 1908-ci ildə tikilmişdir.
Sovet dönəmində Rabitə Texnikomunun tələbə oğlanlar yataqxanası kimi istifadə edilib. 1971-ci ildən isə Elmi-Texniki Kitabxananın neft sənayesinin keçmişinə dair kitab anbarı kimi işlədilib. 2000-ci illərdə Metrologiya və Patent üzrə Dövlət Agentliyi balansında və tabeçiliyində olub.
2016-cı ilə qədər Azərbaycanda rəsmi olaraq ölkə əhəmiyyətli abidə hesab olunmuşdur.
2016-cı ildə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır.
11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb.
İstinadlar
Həmçinin bax
Hacı Cavad məscidi
Xarici keçidlər
Kateqoriya:1908-ci ildə yarananlar Kateqoriya:2017-ci ildə ləğv olunanlar Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri